Ermənilər arasında tam qarışıqlıq: Yerevanda Azərbaycanın hücumundan xəbərsizdilər

20-10-2020, 20:08   


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərinin,  Füzuli, Cəbrayıl, Xocavənd (keçmiş Martuni) və Zəngilan rayonlarındakı 24 kəndin azad edildiyini bəyan edib. İ.Əliyev bunu dövlət televiziyası AzTV-nin efirində yayımlanan xalqa müraciətində elan edib.
Bəs düşmən düşərgəsində yeni uğurlara necə reaksiya verildi? Qarabağ hauleyteri Araik Arutyunyan faktiki olaraq Azərbaycan döyüş bölmələrinin qələbə yürüşünü təsdiqləyib: "Hərbi əməliyyatlar cəbhə boyu intensiv davam edir, özü də ən ağır döyüşlər İşxanadzor (Qubadlı rayonunun işğal olunmuş Xanlıq kəndi), Kaşataq (Laçın) rayonunun Kovsakan və Micnavan icmalarının ərazilərində gedir". Micnavan - Zəngilandan cənubda, Ermənistanla sərhəddən bir neçə kilometr məsafədə yerləşən kənddir. 1993-cü ildə erməni qoşunları tərəfindən işğal olunmuş İşxanadzor Aker çayı vadisində, azərbaycanlılar yaşamış kənddir. Beləliklə, Qarabağ separatçıları rəsmi Bakının hərbi əməliyyatların artıq Ermənistanın cənub sərhədinə yaxın yerdə getdiyi barədə yaydığı məlumatı dolayısı ilə təsdiqləyiblər.
Lakin Yerevan gözlənilməz bir açıqlama verdi. Görünür, Ermənistan paytaxtı hələ də hərbi fəlakətin bütün miqyasını təsəvvür etmir. Əslən, rəşadətli Azərbaycan qoşunları tərəfindən işğaldan azad edilən Hadrutdan olan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz növbəsində Azərbaycan Ordusunun geri çəkildiyini söyləyib. Əgər Arutyunyan Ordumuzun Azərbaycanın Ermənistan ilə dövlət sərhədi istiqamətində hücum etdiyini bəyan edirsə, Azərbaycan Ordusu harada geri çəkilib? Ş.Stepanyan əmin edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş Zəngilandan azı 15-20 kilometr aralıda yerləşən Xudafərin körpüsü rayonunda arxa cəbhədə geri çəkilir…
Yerevanı məyus etməli olacağıq, çünki bir müddət əvvəl ən böyük erməni qoşun qruplaşması mühasirəyə alınıb. Tezliklə, yaxın bir neçə saat ərzində oxucularımıza böyük bir erməni qruplaşması üzərində asılan Damokl qılıncından danışacağıq. Və söhbətimiz, ənənəyə görə,  cahil Paşinyanın açıq-aşkar ölümə göndərdiyi günahsız erməni gənclərinin düşdükləri həqiqi fəlakəti sübut edən video materiallar ilə müşayiət olunacaq.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.