Yusifcanlı və Bayramlar kəndlərinin azad olunması xəbəri yalan çıxdı

6-08-2014, 11:43   
Yusifcanlı və Bayramlar kəndlərinin azad olunması xəbəri yalan çıxdıAğdam sakinləri Yusifcanlı və Bayramlar kəndinin ermənilərdən azad edildiyi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildiriblər.

Bu barədə rayon sakinləri Musavat.com-un Ağdama ezam olunmuş müxbiriinə məlumat veriblər.

Sakinlər bildirib ki, bu gün gecə saatlarında düşmənlə təmas xəttində hər hansı bir qarşıdurma qeydə alınmayıb və ölkə mediasında ermənilərin işğal etdiyi Yusifcanlı və Bayramlar kəndlərinin ordumuz tərəfindən azad olunması xəbəri yalandır.
Təzəkənd kəndində ermənilərlə təmas xəttinə yaxın polis postuna nəzarət edən Tərtər rayon Polis Şöbəsinin əməkdaşı saytımıza yayılan şayiələrlə bağlı belə deyib:
“Bakıda nə baş verir bilmirəm, amma bu gün sakitlik olub və atəşkəs pozulmayıb. Bakıda deyirlər ki, guya Yusifcanlı və Bayramlar kəndləri azad olunub. Orda istədikləri məlumatı yayırlar, amma bu düz deyil. Nə biz ora keçmişik, nə də onlar bizə tərəf gəliblər. Yəni deyilənlər düz deyil”.
Xatırladaq ki, bir sıra saytlarda ermənilərin Ağdamın Yusifcanlı və Bayramlar kəndlərini boşaltdıqları barədə xəbərlər yer alıb. Hətta bəzi müxbirlər sosial şəbəkədə paylaşdığı şəklin Yusifcanlıda çəkdiyini iddia edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar