"Hər an döyüşə hazır olmalıyıq" Atəşkəs hər gün 100 dəfədən artıq pozulur Bizimyol.info ans tv-yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Abdulla Qurbani son günlər Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması hallarından danışıb. “Hər gün atəşkəs yüz dəfə pozulur. Buna baxmayaraq səngərlərdə əsgərlərimiz möhkəm dayanıb, xalqımız əsgərlərimizə dayaqdır. Cəbhə bölgələrində olan hadisələr dövlət rəhbərinin, müdafiə nazirinin daima nəzarətindədir. Əgər torpaqlarımız düşmən işğalı altındadırsa, onda biz sakit dayana bilmərik. İstər arxa cəbhə, istərsə də ön cəbhə hər saat, hər an döyüşə hazır olmalıyıq”.