DÜŞMƏNİN İTKİLƏRİ 10 MİNƏ YAXINLAŞIR... - Döyüş meydanları erməni leşi ilə doludur

30-10-2020, 12:10   




Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibədə sensasion bir məsələni də dünyanın diqqətinə çatdırıb. Ölkə başçısı Ermənistanın döyüş meydanlarındakı meyitlərinə sahib çıxmadıqlarını bildirib. 
Sitat: “Çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür”.
Ali Baş Komandan müsahibəsində bildirib ki, hər dəfə erməni tərəfi bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək: “Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik, yox, axı bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl daha iki mülki şəxsi - bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər”.

Qeyd edək ki, ermənilərin meyitlərindən imtina etməsi ilə bağlı bir neçə gün əvvəl musavat.com da mötəbər mənbələrə istinadən  məlumat vermişdi. Məlumatda qeyd edilirdi ki, döyüş meydanlarında qalan 1500 meyit ermənilər tərəfindən təhvil alınmır. Həmin cəsədləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları əldə edilmiş müvəqqəti atəşkəs dövründə döyüş meydanlarından çıxarıb. Cəsədlər əvvəlcə Qazax istiqamətindən təhvil verilməli imiş (dünən yalnız 30 cəsəd və iki əsir düşmüş mülki şəxs Ermənistana qaytarılıb). Hətta cəsədlər həmin istiqamətə gətirilib də. Lakin ermənilər cəsədləri qəbul etməkdən imtina ediblər.
Ekspertlər bunun səbəbini belə şərh edir ki, artıq döyüş meydanında ağır məğlubiyyətlə üzləşən Ermənistan hökuməti 1500 cəsəd problemi ilə üzləşmək istəmir. Ermənistan hakimiyyəti belə bir məsuliyyəti üzərinə götürməkdən çəkinir. Çünki birdən-birə ölkəyə 1500 cənazə gətirilməsi ölkədə xalq etirazlarına, üsyana səbəb ola bilər. Ermənistan hökuməti də bunu dərk edərək vəziyyətdən çıxış yolu axtarır. Hələlik çıxış yolunu meyitləri almamaqda görürlər. Mötəbər qaynaqlar onu bildirir ki, 1500 cəsəddən əlavə döyüş meydanında xeyli sayda da erməni cəsədləri qalıb.
"AzPolitika.info" xatırladır ki, Prezident İlham Əliyev də son müsahibəsində düşmənin itkilərinin 5000-dən çox olduğunu təsdiqləyən faktları da ortaya qoyub: "Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydındır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın “Osa”, “TOR”, “KRUQ”, “KUB” zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablasaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı, biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni, bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur".
İki gün əvvəl azərbaycanlı hakerlərin əldə edərək yaydığı məhv edilmiiş ermənilərin siyihısı da bunu təsdiqləyir. Həmin siyahılda 5400-dən artıq leşin adı, soyadı, ata adı və təvəllüdlü vardı. Bəzilərinin isə fotoları var. 

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi rəsmi olaraq bu məlumatları heç bir halda təkzib etməyib.
Hakerlərin əldə etdiyi siyahı, Azərbaycan tərəfində olan erməni meyitlərini və hələ də döyüş meydanlarında qalan erməni itkilərini saydıqda ümumi itkiləri 10 min nəfərə yaxınlaşır. 
Onu da qeyd edək ki, döyüş meydanları erməni leşilə doludur. Düşmən meyitlərinədə sahib çıxmadığından çoxu çürüyüb, tanınmaz hala düşür.  
Elman
AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.