Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Məktubda Azərbaycan və Türkiyənin Dağlıq Qarabağa hücumu nəticəsində yaranan vəziyyət və ortaya çıxan problemləri barədə məlumat verilib.Hökumətin mətbuat xidmətinin yaydığı məlumata görə, məktubda "xarici silahlı terrorçuların" Yaxın Şərqdən köçürülməsinin şərtləri və onların Dağlıq Qarabağa qarşı döyüşlərdə iştirakı iddia olunub.
Paşinyan rusiyalı həmkarına Ermənistan və Rusiya arasındakı 29 avqust 1997-ci il tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" nin 2-ci maddəsini əsas götürərək, hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşmasını nəzərə alaraq, Moskvanın təmin edə biləcəyi yardım növünü və miqdarını təyin etmək üçün dərhal məsləhətləşmələr aparmağı təklif edib.Rusiya Xarici İşlər Nazirliyi Paşinyanın məktubuna rəsmi cavab özünü çox gözlətməyib. Nazirliyin rəsmi səhisində yerləçdirilən açıqlamada bildirilir ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsindən irəli gələnlər də daxil olmaqla, Ermənistan Respublikası ilə əlaqəli müttəfiqlik öhdəliklərinə görə bu Müqavilənin bir sıra maddələri ölkə ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi olduqda konkret hərəkətləri nəzərdə tutur.Nazirlik bildirir ki, müqaviləyə uyğun olaraq, Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımi bütün köməkləri göstərəcək.
Daha sonra Rusiya Federasiyası Azərbaycan və Ermənistanı xarici işlər nazirlərinin bu il 10 oktyabr tarixində Moskvada əldə etdikləri razılaşmalara uyğun olaraq təməl prinsiplərə əsaslanan sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini dərhal atəşkəsə, gərginliyin azaldılmasına və maddi danışıqlara qayıtmağa çağırıb.AzPolitika.info