Qarabağ separatçılarının lideri Araik Arutyunyan xüsusi bəyanatla çıxış edib.Virtualaz.org erməni resursu aysor.am-a istinadən bildirir ki, A. Arutyunyan işğalçı administrasiya əməkdaşlarının Qarabağdan və Xankəndidən qaçdıqlarını bəyan edib.
"Qarabağı tərk edən bütün ali və aşağı rütbəli dövlət qulluqçuları işdən azad olunacaq və məsuliyyətə cəlb ediləcəklər", - deyə separatçı Facebook səhifəsində bildirib.
A.Arutyunyan əmin edib ki, Qarabağı tərk etmiş dövlət qulluqçularının biabırçı davranış faktları ilə əlaqədar ictimai platformalarda gedən müzakirələr nəzərə alınmaqla, hamı barəsində işdən çıxarılma haqda qərar, eləcə də vəziyyətə müvafiq qanunla nəzərdə tutulmuş digər sanksiyalar tətbiq olunacaq.
Araik Arutyunyan Qarabağdan qaçan məmurların adlarını və elan edib:
"Köməkçi Rudik Martirosyan, baş prokurorun müavinləri Erik Verdiyan və Sasun Qabrielyan, Dövlət Statistika Şurasının üzvü Armen Soqomonyan, Respublika Mərkəzi Seçki Komissiyasının üzvü Yeqiş Arzumanyan, Əmək, sosial və mənzil məsələləri nazirinin birinci müavini David Avanesyan, Şəhərsalma nazirinin müavini Erik Qriqoryan, Təhsil, Elm və Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Qarik Ayrapetyan, Dövlət Gəlirləri Komitəsinin Aparat rəhbəri Artak Arustamyan, Prezident Aparatının Hökumət İşləri üzrə İdarəsinin rəis köməkçisi".Virtualaz.org