Bu gün İran-ABŞ görüşü olacaq

7-08-2014, 10:58   
Bu gün İran-ABŞ görüşü olacaqBu gün ABŞ-dan olan yüksək rütbəli məmurlar iranlı nümayəndələr ilə görüşəcək. ANS PRESS-in məlumatına görə, görüş İranın nüvə proqramı ilə bağlı olacaq və Cenevrədə baş tutacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Meri Haff öz "Twitter" səhifəsində yazıb.
Məlumata görə, Amerikadan olan heyətə dövlət katibinin müavini Uilyam Berns başçılıq edəcək. Onun tərkibinə həmçinin dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman, vitse prezidentin milli əhlükəsizlik məsələləri üzrə müşaviri Cekob Sallivan da daxildir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar