Əliyevdən Paşinyana son şans - Ermənistan üçün gerisayım başa çatır

5-11-2020, 09:21   



Bakının şərti dəyişməyib, amma...; bir azdan İrəvanın  Qarabağ məsələsində mövqeyinin heç kim üçün önəmi qalmayacaq; Ermənistanda növbəti rəzalət: ataları məcburi əsgər aparmaq üçün azyaşlılar girov götürülür...

Azərbaycan xalqının Vətən müharibəsi öz kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır. Ölkə başçısının dediyi kimi, müzəffər ordumuz Qarabağın ürəyi Şuşaya “bir nəfəs qədər” yaxınlaşıbsa, o zaman gərəkən nəticəni ən əvvəl düşmən tərəf və onun hərbi-siyasi rəhbərliyi çıxarmalıdır. Hərgah, məğlubiyyətin etirafı da siyasi iradə tələb edir.
Bu etiraf indi Ermənistanın avantürist baş naziri Nikol Paşinyana ilk növbədə ona görə lazımdır ki, heç olmasa, öz vətəndaşlarının bundan sonrakı mənasız qətliamını və ölkəsinin tam olaraq, uçuruma yuvarlanmasını önləyə bilsin. Bəlkə o zaman bu saxta dövlətin öz qonşuları ilə dinc-yanaşı yaşamaq və inkişaf etmək üçün imkanı yarana. Bundan ötrü Ermənistanın rəhbərliyi, ümumən onun siyasi elitası, bütövlükdə erməni toplumu, nəhayət, “göydən yerə enməli” və reallıqlarla yaşamağı öyrənməli, mifik və fantastik iddialardan həmişəlik əl çəkməlidir.
*****
“Biz sübut etdik ki, onların guya ”məğlubedilməz ordusu" əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın nüfuzlu “La Republika” nəşrinə müsahibəsində deyib.
Dövlət başçısı düşmən tərəfin mülki əhalimizə hücum etməklə Azərbaycanda xaos və panika yaratmağa çalışdığını da diqqətə çatdırıb. “Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. İndiyədək 91 mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bizi daha da güclü etdi”, - deyə Prezident qeyd edib.
Prezident İtaliyanın “La Republica” qəzetinə müsahibə verib
Ancaq bu da gerçəkdir ki, Nikol Paşinyan işğalçı ölkənin məğlubiyyətini hələ də açıq, rəsmən etiraf etməyib və soydaşlarına total yalanlar danışmağa davam edir. Bununla da istər özünün, istərsə də təmsil etdiyi ölkənin və xalqın vəziyyətini daha kritik etməkdədir. Çünki İrəvan üçün gerisayım bitmək üzrədir və bir azdan, sadəcə, onun və hökumətinin nə deməsinin Qarabağ məsələsində heç bir önəmi qalmayacaq. Nə özünün ərazi bütövlüyünü sürətlə bərpa edən Azərbaycandan ötrü, nə də hətta Ermənistana dünənə qədər dəstək vermiş müttəfiqləri üçün.
İşğalçı ölkənin rəhbərliyi nə qədər gec deyil, fərqində olmalıdır ki, Azərbaycan Ordusu Qarabağda artıq tam yeni bir situasiya yaradıb, status-kvonu, təmas xəttini darmadağın edib. Daha şərtləri uzun illər mifik “hərbi qələbəsi” ilə öyüyən İrəvan yox, Bakı diktə edir.
Odur ki, Azərbaycan, dünya birliyi, müharibənin bitmişini yəqin ki, indi hamıdan çox istəyən elə erməni xalqının özü Paşinyandan səmimi etiraflar gözləyir. Daha bir səbəbə görə: Paşinyanın avantürasına inanıb müharibənin bundan sonra da davam etdirmək erməni xalqı üçün sadəcə, mənasız qırğın deməkdir.
*****
Könül Nurullayeva: Azərbaycan Ermənistanı həm də ideoloji müstəvidə məğlub  etməkdədir » Azərbaycan İnformasiya Agentliyi
“Mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir də təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki o, üzərinə belə bir öhdəlik götürməyib... O, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcək. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir”.
Bunu da Azərbaycan Prezidenti müsahibəsində deyib.
Daha nə cür deyilməlidir ki? Yoxsa belə konstruktiv mövqe İrəvan tərəfindən Bakının zəifliyi kimi başa düşülür? Əslində bu, rəsmi Bakının beynəlxalq hüquqa, haqq-ədalətə, nəhayət, tarixi gerçəkliklərə söykənən şərtindən daha çox, Paşinyana və onun xalqına verilən şansdır. Özü də sonuncu və unikal şans. Özləri bilər. Deməsinlər ki, “demədilər”. Əgər Paşunyan özü və xalqı haqda intihar qərarı veribsə, versin.
Əfsus ki, Ermənistandan gələn xəbərlər məhz sonuncu ehtimalı gücləndirir. Yalnız bircə fakt. Məlum olub ki, Ermənistanda yeni doğulan uşaqlara şəhadətnamə yalnız atalarının könüllü cəbhəyə getməsi şərti ilə verilir, üstəgəl, uşaq və analar xəstəxanada girov saxlanılır.
Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir- Robert  Ayrapetyan | Busaat.az – Bu saata olan xəbərlər
Robert Ayrapetyan
Bu barədə erməni vəkil Robert Ayrapetyan özünün sosial şəbəkə hesabında yazıb (Axar.az).
“Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif xalqımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirsiniz. Övladları dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnamə yalnız atanın cəbhəyə ”könüllü getməsi" və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək? Siz uşaqları və anaları girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasına oturmağa qərar verdiniz? Sizin beyniniz var?" - Ayrapetyan bildirib.
*****
Qeyd edək ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik getdikcə artır, xaos hökm sürür. Ermənistanda qadın, qoca, uşaq, məhbus, cinsi azlıq demədən kim gəldi, məcburi şəkildə döyüşə aparılır, cəbhədən yayınanları isə sərt şəkildə cəzalandırırlar. Demək ki, Paşinyan Bakının şansını yenə tərs başa düşüb və özünü də, xalqını da fəlakətə doğru sürükləməkdə israrlıdır...
Analitik xidmət,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.