Afrikalılar Ebola virusuna görə Həcc ziyarətinə buraxılmayacaqlar

7-08-2014, 11:24   
Afrikalılar Ebola virusuna görə Həcc ziyarətinə buraxılmayacaqlarSəudiyyə Ərəbistanı Syerra-leone, Liberiya və Qvineyada Ebola xəstəliyinin yayılması ilə bağlı bu ölkələrin vətəndaşlarına Həcc ziyarəti üçün viza verməməyi qərara alıb.

“BBC”-nin verdiyi xəbərə görə, Krallığın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkənin bütün liman və aeroportlarına cəlb edilən mütəxəssislər ölkəyə daxil olan əcnəbilərdə bu qorxulu xəstəliyin simptomlarını müəyyən etməyə hazırdır. ÿÿ

Səudiyyə Ərəbistanında indiyədək Ebola xəstəliyinə bir yoluxma halı qeydə alınıb. Syerra-Leoneyə səfəri zamanı yoluxan bu şəxs Ciddə şəhərindəki xüsusiləşdirilmiş xəstəxanada ətraf mühitdən tam ÿtəcrid edilib. (APA)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar