“AZƏRBAYCAN ORDUSU TARİXİ ŞƏHƏRƏ ÇATDI” – “Le Monde” noyabrın 6-da ermənilərin Şuşadan qaçdığını yazıb

7-11-2020, 19:12   



“Azərbaycan Ordusu tarixi şəhərə çatdı, hansı ki, Bakının sentyabrın 27-dən başladığı hücumun əsas məqsədi də bu idi. Gərgin döyüşlər onların üstünlüyü ilə davam edir.”
“AzPolitika.info” xəbər verir ki, bu məlumat Fransanın məşhur “Le Monde” qəzetinin bugünkü sayında dərc edilib. Qəzet yazır ki, Şuşanı müdafiə edən erməni birləşmələri pərən-pərən düşüblər: “Şuşanı müdafiə edənlər dağınıq haldadırlar. Onlar bir-birinə sıxılaraq, üzülmüş, qan içində olan onlarla yaralıları hərbi təcili yardım maşınlarında Stepanakertdəki (Xankəndi-red.) hospitala aparırlar. Digərləri isə döyüşə girib-girməyəcəklərini bilmədən, tükənmiş şəkildə dağdan enirlər. Yol boyu artilleriya və snayper atəşi altında tələsik atılan avadanlıqlar var.”
Qəzetin reportajında deyilir ki, noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərin qırılma nöqtəsinə çevrilib: “Bu, qırılma gününə çox oxşayır. Hətta Stepanakert bunu etiraf etməsə də, noyabrın 6-sı cümə axşamı baş verən döyüşlər Azərbaycan qüvvələrinin xeyrinə oldu.”

Daha sonra qəzet yazır ki, Ermənistandan Xankəndinə gedən yol hələ noyabrın 4-dən bağlıdır. Və artıq bir həftədir ki, Azərbaycan Silahlı Qüvvələri Şuşanın həndəvərindədir: “Qarabağın (qondarma “dqr”-red.) əsgərləri Şuşa ilə Stepanakert arasındakı yolun sol tərəfindən Azərbaycan artilleriyasının və snayperlərinin hücumuna məruz qalır. Artıq bir həftədir ki, Qarabağı geri qaytarmaq məqsədi daşıyan Azərbaycan Ordusu Şuşanın yaxınlığına çatıb. Əsas cəbhə bir müddət Karin Tak (Daşaltı-red.) yaxınlığındakı meşələrdə getdi. Daha sonra xüsusi təyinatlılar 3 gün Şuşa ətrafındakı yollara gecə hücumları təşkil edərək, şəhərin müdafiə qabiliyyətini yoxladılar. Stepanakerti Şuşa və Laçın vasitəsilə Ermənistanla birləşdirən əsas yol isə noyabrın 4-dən bağlıdır.”
Sonda qəzet münaqişənin tarixinə nəzər salır və bildirir ki, 1991-ci ilə qədər Şuşa Azərbaycanın əsas tarixi mədəniyyət mərkəzlərindən biri olub.
Cəlal
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.