Xankəndidə qalan bütün mülki əhali, xüsusən də qadınlar və uşaqlar təxliyə olunur.Bu barədə "İzvestiya"nın hadisə yerində olan müxbiri məlumat verib.
Bildirilir ki, yerli sakinlərin hamısı şəhərdən çıxarılır. Şuşa şəhərində gərgin bir vəziyyət yaranıb.
"İzvestiya"nın müxbirinin hərbi dairələrdəki mənbəyi “Şuşa praktik olaraq Azərbaycana təslim edildi”, - deyib. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bu məlumatı təkzib edib.
Ermənistan Müdafiə Nazirliyi jurnalistlərin Xankəndindən çıxarıldığını təsdiqləyib.//virtualaz.org