ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andriye(Fransa) Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bu həftə Soçidə keçirilməsi planlaşdırılan görüşündə iştirak etməyəcəklər.
APA-nın məlumatına görə, bu barədə “Armenpress” ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər yayıb.
Səfirlikdən bildiriblər ki, həmsədrlərin Soçiyə səfəri gündəmdə deyil.
Xatırladaq ki, 8-9 avqust tarixlərində Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hər iki prezident Soçidə Vladimir Putunlə ayrı-ayrılıqda görüşəcəklər.
Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən il noyabrın 19-da Vyanada keçirilib.ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andriye(Fransa) Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bu həftə Soçidə keçirilməsi planlaşdırılan görüşündə iştirak etməyəcəklər.
APA-nın məlumatına görə, bu barədə “Armenpress” ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər yayıb.
Səfirlikdən bildiriblər ki, həmsədrlərin Soçiyə səfəri gündəmdə deyil.
Xatırladaq ki, 8-9 avqust tarixlərində Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hər iki prezident Soçidə Vladimir Putunlə ayrı-ayrılıqda görüşəcəklər.
Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən il noyabrın 19-da Vyanada keçirilib.