Ermənistanda casus, satqın və “feyk” hesablar qalmaqalı: Xüsusi Xidmətdən “Müharibədən sonra çox sirlərin üstünü açacağam” hədəsi

9-11-2020, 12:15   


Ermənistanda casus, satqın və “feyk” hesablar qalmaqalı: Xüsusi Xidmətdən “Müharibədən sonra çox sirlərin üstünü açacağam” hədəsi

Xəbər verdiymiz kimi, Ermənistan hakimiyyətində yerdəyişmələr davam edir. Dünən Ermənistanda milli təhlükəsizlik nazirinin dəyişməsi haqqında məlumat yayılıb.
Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Abazyanı Milli Təhlükəsizlik naziri təyin edib.
Məlumata görə, Ermənistanda hakimiyyət yerdəyişmələri zəncirvari hal alıb. Ermənistanın Baş naziri Nikol Paşinyan vəziyyətdən çıxış yolunu hakimiyyət dəyişikliklərində görür. Lakin görünən odur ki, o, əbəs yerə çalışır. Azərbaycan Ordusunun günbəgün artan qalibiyyəti onsuz da Paşinyan başda olmaqla Ermənistanı pərişan edəcək.
Bu gün isə Xüsusi Xidmətin rəisi Mikael Ambartsumyan vəzifəsindən azad edilib.
Ona işlədiyi qurumda müavin vəzifəsi təklif edilsə də, o, imtina edib. Bu barədə o özü məlumat verib. Bildirib ki, müharibədən sonra bunun səbəbləri barədə danışacaq və çox sirlərin üstünü açacaq.
Məlumata görə, son bir ildə xüsusi xidmət rəhbərliyində bu, dördüncü kadr dəyişikliyidir.
Erməniatandakı hərbi-siyasi durumu nəzərə alsaq, yəqin ki, bu yerdəyişmə də sonuncu olmayacaq.
Erməni mətbuatının yazdığına görə, kadr dəyişikliyinin əsas səbəbi barədə hələlik ucadan danışılmır. Ancaq “Sputnik Armeniya”nın yazdığına görə, paralel olaraq casus qalmaqalı, satqınlar, müxtəlif cür “feyk” hesablar barədə məlumat verilir. Güman edilir ki, casusluq və saxta hesablarla bağlı qalmaqal bu zəncirin əsas halqalarıdır.
Sevinc Tapdıqqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.