Azərbaycan XİN: "Vertolyotu yanlışlıqla biz vurduq, üzr istəyirik"

9-11-2020, 21:55   



Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.
Bu barədə Musavat.com Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub.
Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən vurğulanıb ki, vertolyot bilavasitə Dağlıq Qarabağ münaqişəsinin zonasında aktiv döyüş əməliyyatlarının davam etdiyi Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın uçuş keçirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.