Dağlıq Qarabağ separatçıları və Paşinyan arasında fikir ixtilafı: nə baş verir?

9-11-2020, 22:01   


Nikol PaşinyanŞƏKLİN MƏNBƏYİ,ANADOLU AGENCY
Şəklin alt yazısı,Nikol Paşinyan
Ermənistanda 17 siyasi partiya Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bu Şuşanın Azərbaycan bayrağının dalğalandığını göstərən videonun yayıldığı bu gün baş verir.
Bu video yayıldıqdan sonra Dağlıq Qarabağ separatçılarının rəsmisi bildirib ki, Şuşa artıq erməni silahlı qüvvələrinin nəzarətindən çıxıb.
"Düşmən Stepanakertin həndəvərindədir və artıq paytaxtın mövcudluğu təhlükə altındadır" - Dağlıq Qarabağ separatçılarının sözçüsü Vahram Poğosyan öz Facebook səhifəsində yazıb.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın azad edilməsi xəbərini dünən açıqlayıb, bu gün isə Müdafiə Nazirliyi Şuşanın Azərbaycanın nəzarətində olduğunu təsdiqləyən video yayıb.


"Təəssüf ki, etiraf etməliyəm ki, bu günədək müvəffəqiyyətsizlik silsiləsi bizi müşayiət edir və Şuşa şəhəri tamamilə nəzarətimizdən kənardır, və bu barədə təsəlliverici ya urəkləndirici təbliğat tezisləri, reallıq hissinin itirilməsindən başqa bizə heç nə vermir", bunu Vahram Poğosyan Facebook-da bu gün yazıb.
Ancaq Ermənistan Baş naziri Nikol Paşinyan bu xəbəri təkzib edən status yazıb: Şuşa uğrunda döyüşlər davam edir.
Cənubi Qafqaz üzrə təhqiqatçı Aram Tonoyan öz Twitter hesabında baş verənləri belə təhlil edib: "Azərbaycan böyük irəliləyiş əldə etməsi faktına görə Paşinyana, istefa etməsi üçün Qarabağın içərisindən təzyiqlər var. O indiyədək müqavimət göstərib və ona görə də indi təzyiq ictimailəşdirilir".
Bu gün həmçinin Ermənistan parlamentinin deputatı Nikolay Bağdasaryan eyni sosial media platformasında bunları yazıb: "Yenicə yoxlamışam. Şuşa bizim nəzarətimiz altındadır, çaxnaşmaya düşməyin".

Ancaq "Dağlıq Qarabağ Respublikası" sözçüsünün mesajındakı bu cümlələr diqqət çəkir: "Saxta qələbə çağırışları və Facebook spekulyasiyaları hər şeyin dənə-dənə itirilməsinə aparacaq .Tarix isə bunu bizə bağışlamaz".
ŞuşaŞƏKLİN MƏNBƏYİ,MOD.GOV.AZ
Şəklin alt yazısı,Azərbaycan Müdafiə Nazirliyi bu gün Şuşa şəhərindən video paylaşıb
Şuşaya nəzarətin erməni silahlı qüvvələrinin nəzarətindən çxması xəbərinin doğruluğuna inanmayan bəzi Facebook istifadəçiləri, Vahram Poğosyanın hesabının hək olunduğu barədə spekulyasilar edib. Ancaq onun özü hesabının hək olunmadığını və bu xəbərin həqiqiliyini təsdiqləyib.
Şuşanın azad olunması xəbərindən sonra erməni rəsmiləri və təhlilçiləri Azərbaycan rəhbərliyini "xalqa yalan danışmaqda" ittiham etmişdi.
Bu səhər isə "DQR prezidenti" Arayik Harutyunyanın Facebook səhifəsində, dolayısı ilə, Şuşanın Azərbaycanın nəzarətində olduğu təsdiqlənib.
"Səhər tezdən Stepanakerti müdafiə edən döyüş mövqelərinə baş çəkdim və yerində artıq sutkadan çoxdur ki, düşmənin Şuşadan paytaxta etdiyi hücum cəhdlərini dəf edən Müdafiə Ordusu və könüllülərlə söhbət etdim", o yazıb.

bbc.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.