Erməni mediası prezidentlərin Soçi görüşünə şübhə etdi

7-08-2014, 12:02   
“Sərkisyan-Əliyev görüşünü təşkil etməklə Moskva özünün Cənubi Qafqaza nə dərəcədə təsir etmək imkanının olduğunu göstərməyə çalışır”.
Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Joxovurd” qəzeti çıxış edib.
Qəzet prezidentlərin görüşünün baş tutacağına inamın azaldığını bildirib:
“Ermənistan cəmiyyəti hərbi əməliyyatların başlamasından narahatdır və Əliyev-Sərkisyan görüşü nəticəsində təmas xəttində gərginliyin aşağı düşəcəyinə ümid edir. Ekspertlər isə bu gərginliyin yalnız rus sülhməramlılarının cəbhəyə yeridilməsi ilə azaldılacağı narahatlıqlarını ifadə edirlər. Belə bir görüşü təşkil etməklə Moskva özünün Cənubi Qafqaza nə dərəcədə təsir etmək imkanının olduğunu göstərməyə çalışır. Lakin məsələ burasındadır Əliyev-Sərkisyan görüşü baş tutmayacaq. Ən azı ona görə ki, indiyə qədər heç bir rəsmi açıqlamada Ermənistan və Azərbaycan prezidentlərinin tet-a-tet görüşlərinin olacağı qeyd edilməyib. Doğrudur, bir neçə gün əvvəl Ovik Abramyan Soçidə Sərskiyan-Əliyev görüşünün olacağını demişdi. Amma bəlli olan tək şey var ki, baş nazirin mühüm məsələlərlə bağlı etdiyi açıqlamaların əksəriyyəti reallığa çevrilmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.