Araik Arutyunyan: Məğlubiyyətimizdə günahkar axtarırıqsa, bu, erməni xalqıdır!

12-11-2020, 09:25   

Qarabağ separatçılarının lideri Araik Arutyunyan Facebook-da birbaşa efirdə bildirib ki, əgər kimisə "satqınlıqda" günahlandırmaq lazımdırsa, onda bütün erməni xalqını günahlandırmaq olar.
Arutyunyan keçmiş müraciətlərindən, o cümlədən Şuşadan nümunələr gətirərək qeyd edib ki, bu, satqınlar və "torpaq satanlar" axtarılmaması üçün edilib: “İlk epizod oktyabrın 3-də Azərbaycan Ordusunun Talışı ələ keçirdiyi və Madagiz (Suqovuşan-red.) şəhərinə çatdığı zaman çəkilib. O vaxt bütün şimal üçün təhlükə var idi”.
Onun sözlərinə görə, o zaman hərbçilərin bir hissəsi "Exhniker" rayonundan panik şəkildə geri çəkilmişdi və arxa cəbhəni təmin etmək üçün resurslar çatışmırdı. Bəzi bölmələr ön mövqeləri tutmaqdan imtina etdilər.
"Mən qabaqda gedəcəyimi söylədim, amma onlar imtina etdilər", - Arutyunyan epizodlardan birini təqdim edib.
Onun sözlərinə görə, insan resurslarına ehtiyac olduğunu hər dəfə bəyan edib. O qeyd edib ki, ekspertlərin qiymətləndirməsinə görə, qələbə üçün 80-100 min adam səfərbər edilməli idi.
"Torpağı kim satdı? Biz bunu xalq olaraq birlikdə etmişik, 18-20 yaşlı uşaqlarımıza xəyanət etmişik. Hər kəsə xəyanət etmişik", - Arutunyan vurğulayıb.
O, əlavə edib ki, havadan, xüsusilə də pilotsuz uçan aparatlarla bağlı problemlər  olub, lakin əsas səbəb ondan ibarətdir ki, əsgərlər tək buraxılıblar.
"Sonda isə onların mühasirəyə düşməsi təhlükəsi yarandı, məhz buna görə sülh sazişi imzalandı. "Stepanakertə", sayca dəfələrlə üstün olan rəqibdən təhlükə vardı”, - deyə “Sputnik Ermənistan” A.Arutyunyanın dediklərindən sitat gətirib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.