Rusiyanın paçasına yapışmaq, arxasında gizlənmək taktikası – müxalif ermənilərin “yol xəritəsi” budur

12-11-2020, 14:45   




Gözlənildiyi kimi oldu: Qarabağda atəşkəs razılaşması əldə olunması üçün ABŞ-a, Rusiyaya, Fransaya, Almaniyaya, digər Avropa ölkələrinə, BMT-yə, NATO-ya, digər beynəlxalq təşkilatlara yalvar-yaxar edən erməni siyasətçiləri atəşin kəsilməsindən dərhal sonra, ilk nəfəsdərmədə razılaşmanı dəbbələməyə başladılar.

İndi onlar daha çox müharibənin davam etdirilməsinə tərəfdardır, “müharibə partiyası” o qədər böyüyüb ki, “müharibə bloku”na, “hərb düşərgəsi”nə çevrilib.
Hamı baş nazir Nikol Paşinyanı pisləyir, “xəyanətkar”, “satqın”, “agent” adlandırır, istefasını, edamını tələb edir. Halbuki erməni əsgərlərin kütləvi şəkildə qırıldığı, səngərdən qaçdığı vahiməli günlərdə məhz həmin ermənilərin yeganə arzusu atəşin, hücumların, müharibənin dayandırılmasıydı. Paşinyan son anda onların arzusunu yerinə yetirmişdi. Üç gün sonraya, bu günə qalsaydı, hər şey bitmişdi.

İndi döyüş meydanından cəsəd və yaralılar gəlmir, haray-qışqırıq kəsilib, dron uğultusu, raket fışıltısı yoxdur, erməni siyasilər də yenidən yekə-yekə danışmağa başlayıblar. Bu dəfə onlar məğlubiyyətin günahını belinə şəlləmək üçün “yük qatırı” da tapıblar, hər şey üçün baş nazir Paşinyanı günahkar çıxarırlar. Hamısı əslində dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyəyə qarşı vuruşduqlarını, Azərbaycana başqa ölkələrdən gələn “muzdlular”ın kömək etdiyini bildirir, öz döyüşçülərinin acizliyindən və fərariliyindən bəhs etmirlər.
Gerçək isə əcnəbi jurnalistlərin Şuşanı əlbəyaxa döyüşlə, dron və ya başqa hərbi texnika olmadan alan xüsusi təyinatlılarımız barədə yazdıqlarıdır. Şuşada təkbətək döyüş gedib, ermənilər tatami və rinqdə olduğu kimi, burada da “döyülüblər”. Gerisi bəhanələrdən başqa bir şey deyil.
Ermənistanda etiraz aksiyası: <b style="color:red">Saxlanılanlar var</b>
Paşinyanın yerində indi “qətiyyət və prinsipiallıq”dan, “milli potensialı səfərbər edərək düşmənə layiqli cavab vermək”dən, “uğurlu xarici siyasət”dən danışan erməni siyasilər də olsaydılar, eyni aqibətlə üzləşəcəkdilər. Çünki bu ölkənin “əti-budu” bu qədərdir, ambisiyaları ərş-gürşdə olsa da, boy-buxunu, qolunun qüvvəti zəifdir. İndiyə qədər güclü day-dayları arxasında gizlənir, arada çıxıb hart-hurt edir, daş-kəsək atır, sonra yenidən day-dayın arxasında gizlənir, qorunurdular və elə bilirdilər ki, güclüdürlər.
Hazırda ermənilər ona görə bu durumdadırlar ki, illərlə özləri barədə düzəldib, üfürüb böyütdükləri mif orduları kimi darmadğın olub, amma bir çox o darmadağın prosesində birbaşa zərər çəkməyib deyə, gerçəkliklə barışmaq istəmirlər. Onsuz da reallıq hissini çoxdan itirmiş ermənilər hələ də öz illüziyalarının əsiri olaraq qalırlar.
Ermənistanda mitinq başlayıb » Sumqayitfakt.az
Elə olmasaydı, Zəngəzur mahalına aid olan Zəngilanın qoşunlarımız tərəfindən azad olunmasını “Dağlıq Qarabağ Respublikasının Zəngilan rayonu” adlandırmaz, onu dünya mediasına o cür təqdim etməzdilər. Yaxud ermənilər aran Qarabağa aid rayonların adlarını dəyişib öz dədə-baba torpaqları hesab etmişdilər. Əbləhlər elə bilirdilər, haranı tutublarsa, ora qalıb bunlara.
Ona görə də Paşinyanın iqtidar komandası öz rəqiblərini acı gerçəkliklə tanış edir və fakt qarşısında qoyur, bildirir ki, əgər radikal müxalifət atəşkəs razılaşmasından narazıdırsa, çıxsın Rusiyanın vasitəçiliyindən imtinanı dəstəkləsin, Rusiya sülhməramlılarının təmas xəttindən çıxarılmasını vacib saysın, müharibənin davam etdirlməsi fikrini müdafiə etsin.
Hələ bundan sonra müxalifət qüvvələri bərpa olunmuş müharibədə qələbə üçün öz yol xəritələrini təqdim etməlidir.
Başqa sözlə, Paşinyanın komandası radikal ermənilərə başa salmaq istəyir ki, variant yoxdur.

Radikallar isə düşünürlər ki, yenə köhnə vaxtlardakı taktikanı seçə bilərlər: Rusiyanın paçasına yapışmaq, arxasında gizlənrək bölgədə atamanlıq etmək.
Əgər Paşinyan devrilsə və hakimiyyət bu düşüncədə olan adamların əlinə keçsə, onlar əldə olunmuş atəşkəs razılaşmasını dəbbələməyə çalışacaq, öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaq istəyəcəklər. O zaman onların, eləcə də bölgənin taleyi necə olacaq, indidən birmənalı demək olmaz. Bir şey dəqiqdir ki, bu halda ermənilərə heç də yaxşı olmayacaq, indikindən də pis olacaq.
 

Xalid KAZIMLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.