İrəvandakı iğtişaşlar Azərbaycana nə vəd edir - İki rəy

14-11-2020, 09:31   


Erməni separatçıların lideri, hərbi cinayətlərə və separatçı hərəkətlərə görə haqqında Azərbaycanın cinayət işi açdığı və beynəlxalq axtarışa verdiyi Arayik Arutyunyan İrəvanda Qarabağ ermənilərinə çağırış edib ki, öz evlərinə qayıtsınlar. Yəqin ki, özü də qayıdacaq, çünki artıq Xankəndində ermənilərin “qoruyucu mələkləri” - rus sülhməramlıları var.
Bəs qayıdarsa, Azərbaycan onun həbsini reallaşdıra bilərmi? Bu hüquqi prosedur necə reallaşacaq? Sülhməramlı missiya həbsin reallşmasına kömək edəcəkmi?
Ermənistanın baş naziri Nikol Paşinyan da erməniləri geri qaylıtmağa çağırıb və hətta həyasızcasına bəyan edib ki, “Dağlıq Qarabağın tanınması bizim üçün əsas prioritet olaraq qalır, hətta indi daha vacib görünür”. Paşinyan deyib ki, ermənilər qorxmasınlar, artıq Rusiya hərbçiləri Dağlıq Qarabağdadır, onları və “artsaxın sərhədlərini” qoruyacaq.
Politoloq Qabil Hüseynli “Yeni Müasavat”a bildirdi ki, erməni xalqı hər addımda başabəla xalq olduğunu, heç bir qaydalara əməl etməyən xalq olduğunu nümayiş etdirir: “Onları bu hala salan həm də onların yan-yörəsində hərlənən bəzi güc mərkəzləridir, ideyanı da onlar verirlər. Bunlar təpələrinin üstündə bir neçə gündür dron uçduğunu görmürlər. Ona görə yenə başlarını qaldırmaq istəyirlər, yenə də sarsaq fikirlərini canlandırmağa və onun ətrafında insanları toplamağa çalışırlar. Əlbəttə, bu saat Nikol Paşinyanın əsas qayğısı xalqı sakitləşdirməkdir. Onun bu müraciəti ilk növbədə xalqı sakitləşdirməyə, guya hələ hər şeyin əldən çıxmadığı barədə ümid yaratmağa hesablanıb. Bununla Paşinyan hakimiyyətini mümkün qədər möhkəmləndirmək istəyir. Amma digər tərəfdən bunlar Rusiya xarici işlər nazirinin son bəyanatından sonra elə bil ilhama gəliblər. Sergey Lavrov Mins Qrupu həmsədrlərinin prosesə cəlb olunmasına çalışır və həmsədrlər Moskvaya gəlməlidirlər. Mən bilmirəm onlar gəlib nəyi müzakirə edəcəklər. Onlar indiyə qədər yarıtmaz fəaliyyətlərinin hesabatlarını verməlidilər əslində. Yoxsa onlar yenidən meydanı qızışdırmaq istəyirlər?
Qabil Hüseynli: Prezident İlham Əliyev bu şəxslərə qarşı barışmaz mübarizə  xətti elan edib - İki sahil
Qabil Hüseynli: “Ermənilər havadarlarına arxalanıb meydanı qızışdırmağa çalışır”
Biz Minsk Qrupunun fəaliyyətinin başa çatdığını hesab edirik. Bu mənasız formatı təkrar diriltməyə ehtiyac yoxdur. Ortada Rusiya-Türkiyə faktoru var. Bu faktor bölgədəki proseslərin sadələşməsinə, sağlamlaşımasına kömək edir. Paşinyan Lavrovun Minsk Qrupunun həmsədlərini bir araya gətirib prosesə qoşmaq təşəbbüsündən həvəslənərək Qarabağın statusu məsələsini yenidən ortaya atırlar. Halbuki, artıq status məsələsinə nöqtə qoyulub. Dağlıq Qarabağ adlı inzibati struktur, bölgə artıq yoxdur, o, Azərbaycanın içərisində əridi getdi. Qarabağ var və o, Azərbaycanındır. Ermənilər bəzi havadarlarına arxalanıb meydanı qızışdırmağa çalışacaqlar. İndiyə qədər harada gizləndiyi bəlli olmayan Paşinyan yenidən qarşıdurma elementlərini gündəmə gətirməklə deyəsən müharibəni qızışdırmaq istəyir. Unutmasın ki, bölgəyə Rusiya sülhməramlıları onlar üçün havadarlığa gəlməyib. Paşinyan eyni zamanda unutmasın ki, güclü və qalib Azərbaycan ordusu mövcuddur və bölgədə artıq Türkiyə sülhməramlıları da mövcuddur. Bu dəfə ermənilər baş qaldırsalar, başlarını elə əzəcəyik ki, bir daha özlərinə gələ bilməsinlər. Azərbaycan birmənalı şəkildə tez-tez bəyan etməlidir ki, status məsələsinə nöqtə qoyulub və heç kim boş yerə bu məsələni gündəmə gətirməsin". 
Arayik Arutyunyana gəlincə, politoloq hesab edir ki, bu cani böyük ehtimalla Qarabağa geri qayıtmayacaq: “Əgər Arayik gələcəksə, deməli ruslara arxayın olub gələcək. Lakin bu hərbi caniyə Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb və Azərbaycan hüquq-mühafizə orqanları onu həbs etmək hüququna malikdir. Azərbaycan bəyan etməlidir və Rusiyanın nəzərinə çatdırmalıdır ki, Arayik Arutyunyan başda olmaqla Qarabağda olmuş qanunsuz quldur rejimin istənilən ”rəsmi şəxsi" olmuş istənilən adamın Azərbaycan ərazisinə gəlməsinə imkan verilməməlidir, imkan yaradılacaqsa, Azərbaycan onların həbsi üçün addımlıar atacaq".
Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -
Elşən Mustafayev: “Paşinyanın bəyanatları ondan xəbər verir ki, düşmən niyyətindən əl çəkməyib”
Politoloq Elşən Mustafayev isə bildirdi ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 bəndlik bəyanatın imzalanması prosesin gedişində birinci addım kimi qəbul olunmalıdır: “Orada əks olunan tərəflərin öhdəliklərinin həyata keçirdilməsi hazırda qarşıda duran əsas vəzifədir. Bizim üçün bu gün orada yazılan müddətlərdə 3 rayonumuzun boşaldılması əsas prioritetlərdən biridir. Bəyanatdan irəli gələn digər öhdəliklər isə tərəflər arasında bağlanacaq sazişdə öz əksini tapmalıdır. Bildiyim qədər bu istiqamətdə işlər gedir, amma  hələlik bu sazişin müddəaları ilə bağlı məlumatlar ortada deyil. O məlum olandan sonra çox məsələlər aydın olacaq”.
https://azertag.az/xeber/Fransiz_jurnalist_Azerbaycan_beynelxalq_huququ_tetbiq_etmeyi_bacardi-1641631  Fransız jurnalist: Azərbaycan beynəlxalq hüququ tətbiq etməyi bacardı  https://azertag.az/files/2020/3/16052857881094661713.jpg 2020-11-13T20 ...
E.Mustafayev qeyd etdi ki, Arayik Arutyunyanın erməniləri geri qayatmağa çağıran müraciəti təəccüblü deyil: “Bu cani bəyanat imazalanan gündən deyir ki, biz bu bəyanatı ona görə imzalamışıq ki, ”Artsaxı"  qoruyaq, “paytaxtımızı” qoruyaq. Yeri gəlmişkən, Arutyunyan hazırda Xankəndindədir və özünü təhlükəsiz hiss edir. Paşinyan baş nazir qaldıqca Arutyunyan da separatçı rejimin  rəhbəri kimi orada olacaq və inanmıram ki, sülhməramlılar onu və digər cinayətkarları bizə təhvil versinlər. Paşinyanın da eyni bəyanatları verməsi onu deməyə imkan verir ki, düşmən niyyətindən əl çəkməyib və Qarabağı hələ də Azərbaycan ərazisi hesab etmir. Bu artıq o deməkdir ki, Paşinyan indidən razılaşdırmanı pozur və adəti üzrə provokasiya ilə məşğuldur. Müharibəni udan tərəf kimi təbii ki, biz konstitusiyadan və beynəlxalq hüquqdan irəli gələn bütün vəzifələrimizi həyata keçirtməyə çalışmalıyıq. Azərbaycanın razılığı olmadan heç kim status məsələsini qaldıra bilməz və biz  bu məsələnin gündəlikdən çıxdığını elan etmişik. Rus qoşunlarının daim “Artsaxın sərhədləri”ni qoruyacağını düşünürlərsə burada yanılırlar. Birincisi “Artsax”  deilən addan əsər əlamət qalmayıb. Hazırda kiçik bir əraziyə sığınan separatçılar Azərbaycanın təkliflərinə boyun əyməlidirlər və bunu imzaladıqları sənəd tələb edir. Əgər buna gedilməyəcəksə o zaman məsuliyyət prosedurların həyata keçməsini öhdəsinə götürmüş və buna qarant durmuş Rusiyanın üzərində olacaq və buna nəzarət missyasına həyata keçirdən Türkiyə də səssiz qalmayacaq".
Ermənistanda iqtisadi inqilab necə oldu? Armenianreport yazır
Politoloq daha bir ciddi məqama da toxundu: “Bir çoxları hesab edir ki, rus sülhməramlılarının Qarabağa girməsi bizim üçün ciddi təhdid yaradacaq və Qarabağın sonrakı taleyini sual altına alacaq. Əslində mən bir az fərqli düşüşünürəm. Rusiya hərbi kontingentinin orada olması arzulanan deyil. Amma hesab edirəm ki, Rusiya ora daxil olmaqla çox böyük risklə üz-üzədir. Regionda Türkiyə faktorunun ciddi mövcudliuğu ona öhdəliklərindən artıq işlər görməyə mane olacaq. Çünki Türkiyə ilə qarşı-qarşıya gəlmək indiki dövrdə Rusiya üçün çox təhlükəlidir. Burada söhbət tək hərbi münaqişədən yox, eyni zamanda son illər aralarında yaranmış Rusiya üçün böyük əhəmiyyət kəsb edən iqtisadi layihələrdən gedir. Ermənistanda gedən siyasi böhranın hansı istiqamətdə inkişaf edəcəyi də hadisələrə təsir edə bilər. Ona görə bu gün regionda Türkiyə movcudluğunu daha da gücləndirmək, bəyanatdan irəli gələn 3 rayonu qrafik üzrə ruslardan təhvil almaq və bəyanatın bəndlərini həyata keçirdəcək mexanizm olan sazişi imzalamaq əsas vəzifəmizdir. Bundan sonra kimin nə deməməsinin, hansı bəyanatı verməsinin elə də əhəmiyyəti olmayacaq. Bütün dünyanın tanıdığı kimi Qarabağ Azərbaycan ərazisidir. Amma düşünürəm ki, Xankəndi və ona bitişik bir neçə rayonda Azərbaycan qanunlarının işləməsi bir qədər vaxt aparacaq. Bu səbəbdən cinayətkarların həbsi hesab edirəm ki, bir qədər ertələnə bilər. Əgər hər hansı statusdan söhbət getməyəksə, bunun elə bir qorxusu yoxdur. Bizim üçün vacib olan Türkiyənin regionda söz sahibi olaraq qalması və bizə qarşı ola biləcək təhdidləri neytrallaşdırmasıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.