Xəbər verdiyimiz kimi, Türkiyə Dağlıq Qarabağa əsgər göndərilməsi ilə bağlı hazırlanan qanun layihəsini Türkiyə Böyük Millətlər Məclisinə göndərib.Qanun layihəsində bildirilib ki, dost və qardaş ölkə Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək mübarizəsi illərdir davam edir.
Ermənistanın 27 sentyabr 2020-ci ildə Azərbaycanın cəbhəboyu rayonlarına, həmçinin sivillərə atəş açması nəticəsində Azərbaycan əks-həmlə əməliyyatlarına başlayıb və işğal altında olan torpaqlarını azad edib.
Cebhe.info xəbər verir ki, qanun layihəsində Türkiyənin beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyü daxil bütün haqlarının müdafiəsinə dəstək olduğu bildirilib.
Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, 10 noyabr 2020-ci il saat 00:00-dan etibarən atəşkəs elan edilib və Ermənistanın müəyyən edilmiş tarixlərdə Azərbaycan torpaqlarından çıxarılması elan edilib. Bəyanata əsasən, atəşkəsə əməl edilib-edilməməsinə nəzarət məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan torpaqlarında olan Ortaq Mərkəz yaradılacaq. Azərbaycanın tələbi üzərinə Mərkəzdə Türkiyə və Rusiyanın sülhməramlıları fəaliyyət göstərəcək. Azərbaycanın təyin edəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı və bu Ortaq Mərkəzin fəaliyyət həyata keçirəcəyi yerdə Türk Silahlı Qüvvələri 16 Avqust 2010-cu il tarixində imzalanan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi"nə uyğun olaraq xidmət göstərəcək. Qərarın ölkəmizin öhdəliklərinə uyğun olaraq beynəlxalq hüququn prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünü qeyd edən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına uyğun olaraq bölgə xalqlarının sülh və rifahı üçün də faydalı olacağı bunun milli maraqlarımız üçün də zəruri olduğu bildirilib. Bu mülahizələrlə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi” müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi, atəşkəsin yaradılması, pozuntuların qarşısının alınması, bölgədə sülh və sabitliyin təmin edilməsi məqsədi ilə Türkiyənin yüksək mənfəətlərini qorunmaq və qanun layihəsinin Prezidentə təqdim olunacaq vəziyyətdə TSK-nın xarici ölkələrinə göndərilməsi bildirilib.
Müəyyən edilən prinsiplərə uyğun olaraq tədbirlərin həyata keçirilməsi üçün Konstitusiyanın 92-ci maddəsinə uyğun olaraq 1 il müddətində Türkiyə ordusunun Qarabağda fəaliyyət göstərməsinin vacibliyini bildirərək icazə verilib.
Semra Ələkbərli
Cebhe.info