Qarabağla bağlı razılaşmaya əməl olunur, vəziyyət stabilləşir.Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya tərəfi ən aktiv səylərini görüb ki, bizə iki dost ölkə arasında döyüş fəaliyyətlərini dayandırmağa və onlara kompromis həlli tapmağa kömək etsin. Bizim vasitəçiliyimiz nəticəsində 9 noyabrda tam atəşkəs və Qarabağda rus sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılıq əldə olunub”, – deyə o bildirib.
O, razılaşma sayəsində böhranın ədalətli, Azərbaycan və erməni xalqlarının maraqları əsasında tamformatlı və uzunmüddətli həlli üçün şərait yarandığını deyib.