“Ermənistan region üçün təhlükədir”- Zakir Həsənov

7-08-2014, 14:57   
“Ermənistan region üçün təhlükədir”Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisi qəbul edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

R. Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını, sonra Şəhidlər xiyabanını ziyarət edib.

Sonra Müdafiə Nazirliyində R. Veyonisin rəsmi qarşılanma mərəsimi keçirilib. Latviyanın müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə Z. Həsənov Azərbaycanla Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Son dövrdə qoşunların təmas xəttində baş verən gərginliyə toxunan müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

R. Veyonis öz növbəsində dövlətlərimizin əlaqələrinin mehriban dostluq münasibətlərinə əsaslandığını və Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Latviya müdafiə nazirinin Azərbaycana səfəri avqustun 11-dək davam edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.