Erməni deputat: “Moskva Qarabağa ordu yeritmək istəyir”

7-08-2014, 15:15   
Erməni deputat: “Moskva Qarabağa ordu yeritmək istəyir”Rusiya mümkün olan hər şeyi edir ki, Qarabağa ordu yeritsin, ancaq bunu Ermənistanla Dağlıq Qarabağ ərazisindəki sərhəd gömrük məntəqəsi vasitəsilə həyata keçirmək istəyir. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin keçmiş müavini, Ermənistan Milli Məclisinin deputatı Aleksandr Arzumanyan deyib. O, bunu Ermənistanla Dağlıq Qarabağ sərhədində gömrük məntəqəsinin yaradılması şərti kimi Rusiyanın öz sərhədçilərini yerləşdurmək istəməsi ilə bağlı suala cavabında söyləyib.
Arzumanyanın qənaətinə görə, erməni tərəfi Rusiyanın provakasiyası ucbatından hər gün gənc hərbçilərini itirir: “Uzun illər boyu Ermənistan-Azərbaycan sərhədində sakitlik olub, Dağlıq Qarabağla Azərbaycan arasında insidentlər qeydə alınıb, indi isə hərbçilər Ermənistan sərhədində qırılır. Bu gün çoxları müharibənin yenidən başlaya biləcəyindən danışır, mənim qənaətimə görə, Ermənistanla Azərbaycan arasında münasibətləri məhz Rusiya gərginləşdirir”.
Arzumanyan qeyd edib ki, Moskvanın uzunmüddətli məqsədi var: “Rusiya tərəfi situasiyanı o qədər gərginləşdirmək istəyir ki, nəticədə münaqişə zonasına birtərəfli qaydada ordu yeridilməsi vacib olsun, beləliklə də digər geosiyasi proseslərə təsir edə bilsin, İran Qərblə münasibətlərini yaxşılaşdıra bilməsin, sanksiyalara görə Rusiyadan asılı qalsın”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.