"Beynəlxalq hüquq baxımından bu o deməkdir ki, Dağlıq Qarabağ və onun ətraf əraziləri Azərbaycan Respublikasının bir hissəsidir".Virtualaz.org bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin”in efirində Rusiyanın KTMT üzvü olmasına baxmayaraq, Ermənistana niyə birbaşa hərbi yardım göstərmədiyi barədə sualı şərh edərkən deyib.
V.Putin qeyd edib ki, Ermənistan ərazisinə qarşı təcavüz olmayıb, heç kim ona qəsd etməyib. Buna görə də Rusiya və KTMT münaqişədə iştirak etmək hüququna malik deyildilər:
"Yerevanla hərbi-texniki əməkdaşlığa gəlincə, Ermənistan bütün lazımi yardımları alıb. Moskva əlindən gələni edirdi ki, Ermənistan özünü atılmış və unudulmuş hiss etməsin”.Putin həmçinin bildirib ki, atəşkəs haqqında saziş əldə etmək imkanı Yerevanda hələ oktyabrda olub. Onun sözlərinə görə, Azərbaycan Prezidenti müharibəni dayandırmağa hazır idi. Amma Paşinyan təkid edirdi ki, hərbi əməliyyatlar davam etdirilməlidir. Bütün bunlar Azərbaycan qoşunlarının Şuşanı ələ keçirməsinə gətirib çıxardı və bu da Stepanakertə (Xankəndi) yol açdı.
**15:08Dağlıq Qarabağa dair saziş bağlanarkən Rusiya yalnız vasitəçi rolunu yerinə yetirib və tərəflərin sülh yolu ilə ayrılmalarına dair öhdəlik götürüb.Virtualaz.org bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində deyib.
O vurğulayıb ki, sazişin müəllifləri üç tərəf - Rusiya, Ermənistan və Azərbaycandır.
"Mətnin özünə gəldikdə isə, biz bunu üçlükdə edirdik-mən, təbii ki, Prezident Əliyev və baş nazir Paşinyan. Başqa cür mümkün deyildi, çünki əslində bu, iki tərəf arasında razılaşma idi", - deyə Rusiya Prezidenti bildirib.
Virtualaz.org