Azərbaycanlı Rusiyada nazir müavini oldu

7-08-2014, 15:32   
Azərbaycanlı Rusiyada nazir müavini olduƏslən azərbaycanlı Rəşid İsmayılov Rusiya rabitə və kommunikasiya nazirinin müavini təyin edilib.

ANS PRESS-inm məlumatına görə, Rəşid İsmayılov nazirin İT məsələləri üzrə müavini vəzifəsini icra edəcək. R.İsmayılov 20 ildən çoxdur ki, telekommunikasiya və İT sahəsində müxtəlif vəzifələrdə çalışıb.

O, Rusiya Rabitə və Kommunikasiya Nazirliyində 2013-cü ildən çalışır.

Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda anadan olub. 1982-ci ildə Moskvada internat məktəbini bitirib.

Ali təhsilini 1988-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində alıb. 2007-ci ildə isə Moskva Dövlət Texniki Universitetini bitirib. Rəşid İsmayılov ingilis, italyan, portuqal, türk, ispan, alman və fransız dillərini bilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.