Kəlbəcərdən çıxan ermənilər: “Buranı tərk etmək çətindir bizim üçün” video
25-11-2020, 08:59
Ermənistan Kəlbəcər rayonunu Azərbaycana qaytarmağa hazırlaşır.
Rayonu tərk etməyə hazırlaşan erməni sakinlər tikilələri sökürlər, ağacları kəsirlər, dəmir və taxta dirəkləri maşınlara yükləyirlər, ərazidə iri ölçülü borular daşıyan yük maşını da görünür.
Od vurulmuş evlərin üzərindən tüstü qalxır.
Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Rayon 27 il sonra, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı atəşkəs bəyanatına görə noyabrın 15-də Azərbaycana qaytarmalı idi.
Lakin Ermənistan rayondan çıxmaq üçün daha 10 gün vaxt istəmişdi və noyabrın 25-i rayonun təhvil verilməsi üçün son gündür.