Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri
25-11-2020, 12:05
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9 noyabr üçtərəfli razılaşması əsasında Ermənistan işğalçı qüvvələri və qanunsuz olaraq rayonda məskunlaşmış mülki işğalçılar noyabrın 24-də Kəlbəcəri tamamilə tərk edib. Gecə saat 00.00-dan etibarən ordumuzun bölmələri Kəlbəcərə daxil olmağa başlayıb. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntülərini yayıb. Virtualaz.org həmin görüntüləri təqdim edir.