Әli Kərimli həbsdəki NİDA-çını təbrik etdi

8-08-2014, 16:16   
Әli Kərimli həbsdəki NİDA-çını təbrik etdi
"Nə yaxşı ki, xalqımızın sizin kimi gəncləri var!"

AXCP sədri Әli Kərimli özünün Facebook səhifəsində məhbus NİDA-çılardan Rəşadət Axundovu doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Rəşadət Axundovun 30 yaşı məhbəsdə tamam olur. Rəşadət bəy xaricdə yüksək təhsil alıb. Xarici şirkətdə yaxşı işi var idi. Yenicə ailə qurmuşdu. Oğlu Araz o həbsdə olan zaman anadan oldu. Orta statistik düşüncəyə görə onun öz həyatını xoşbəxt yaşaması üçün hər şeyi var idi. Lakin o yalnız özünü düşünmədi. Ölkəmizdə islahatlar və dəyişiklik, azad, ədalətli Azərbaycan naminə dinc mübarizəyə atıldı. Dostlarını, həmyaşıdlarını da bu mübarizəyə cəlb etdi. Bu yolu seçdiyinə görə hökumətin qəzəbinə tuş gəldi. NİDA-çı dostları ilə birlikdə şərlənərək həbs olundu. Həbsxanada da mübarizəni davam etdirdi. Ad günün mübarək, bəy! Nə yaxşı ki, xalqımızın sizin kimi gəncləri var!

Rəşadət bəyin məhkəmədə bütün həbs edilmiş NİDA-çılar adından söylədiyi son sözün bir hissəsini əlavə edirəm: “Biz cümhuriyyətçilər isə təhlükəli olsa belə, azadlığı kölə rahatlığına dəyişmirik! Biz heç bir yerə getmirik, qayıtmayacağıq da. Çünki biz onsuz da varıq, burdayıq, sizinləyik. Həbsdə 10 NİDA-çı olsa da, azadlıqda olan sizlər bizi əvəz edirsiniz. Bu mübarizəni həm də bizim yerimizə daha prinsipial, daha ardıcıl aparın. Heç zaman şərə təslim olmayın! Alnınızı dik, iradənizi möhkəm tutun!

Rədd olsun diktatura və despotizm!

Yaşasın zülmə və haqsızlığa boyun əyməyən bütün insanlar!”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.