Köçəryan Moskvaya niyə gedə bilmədi? – Paşinyan sirri açdı

30-11-2020, 12:37   



Ermənistan Baş naziri Nikol Paşinyan eks-prezidentlər Levon Ter-Petrosyanla Robert Köçəryanın Moskvaya elan edilən, amma baş tutmayan səfərləri barədə detalları açıb.
Axar.az xəbər verir ki, bu məlumatı Paşinyan öz Feysbuk səhifəsində yerləşdirib.
O, keçmiş qondarma “dqr”in eks-liderləri Arkadi Qukasyan və Bako Saakyanın 20 oktyabrda ona Ermənistanla Qarabağın keçmiş və indiki liderlərinin görüşünün təşkilini təklif etdiklərini və özünün də buna razılıq verdiyini deyib. Qukasyan və Saakyan sonradan Levon Ter-Petrosyan və Robert Köçəryanın Moskvaya getmək istədiyini və bu səfərdən sonra Paşinyanla görüşəcəklərini bildiriblər:
“Mən razılıq verdim və hətta xüsusi reys təqdim etməyə də hazır olduğumu dedim. Lakin mənim razılığımdan sonra “eks-prezidentlər”i daha bir məsələ səsləndirdilər. Mənə təklif etdilər ki, Vladimir Putinin Köçəryanla Ter-Petrosyanı xüsusi elçi kimi qəbul etməsi üçün vasitəçilik edim. Cavab verdim ki, Rusiya Prezidenti ilə daimi əlaqədəyəm, bəzi günlərdə telefonla 5-6 dəfə danışırıq. Əgər o, xüsusi elçilər göndərdiyimin səbəbi olaraq birbaşa deyə bilmədiyim hansı məsələnin olduğunu soruşsa, nə cavab verim? Eyni sual XİN rəhbərində də yaranmışdı”.
Paşinyan Ter-Petrosyanla Köçəryan üçün protokol səfəri təşkil etməyi və onların Rusiyanın eks-prezidenti və hazırda TŞ sədrinin müavini Dmitri Medvedyevlə görüşünü təşkil etməyi təklif etdiyini, amma onların bu təklifi qəbul etmədiklərini bildirib:
“Saakyan gözlənilmədən dedi ki, Ter-Petrosyan və Köçəryan Lavrovla görüş üçün artıq razılaşıblar. O zaman məndən nə istəyirdilər? Qoy gedib, Moskvada görüşsünlər. Aydın oldu ki, Köçəryanın sənədi məhkəmədədir və o zaman mən sənədin qaytarılması üçün vəsatətlə çıxış etməyi təklif etdim. Köçəryana pasportunu geri verdilər, amma onlar Ter-Petrosyanla Moskvaya getmədilər”.
Qeyd edək ki, Köçəryanın ofisindən verilən açıqlamada uçuşa dəqiqələr qaldığı vaxtda Köçəryanın koronavirus testinin nəticəsinin pozitiv çıxdığı, buna görə də səfərin baş tutmayacağı açıqlanmışdı. Elə o zaman yayılan bu xəbər bəhanə kimi qəbul edilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.