Ukraynanın şərqində gedən döyüşlərin gərginləşdiyi bir dönəmdə Rusiyanın Ukraynaya ordu yeritmə variantı mövzuya çevrilib.
ANS PRESS-in məlumatına görə, baş verən siyasi və hərbi gərginlikdə mülahizələr və iddialar müxtəlifdir. Lakin Rusiyanın “Novosti-Novostey” TV-sinin baxışı diqqəti cəlb edir.
Kanalın iddiasına görə Rusiyanın Ukraynaya birbaşa hərbi müdaxiləsi ABŞ maraqlarındadır. Belə ki, ABŞ özü Rusiyanı buna sövq edərək, RF-ni aqressor kimi dünyada tanıtmağa çalışır. Bəs ABŞ-nin bunda marağı nədir soruşulduqda, iqtisadi maraq irəli sürülür.
İddiaya görə trilyonlarla dövlət borcu olan ABŞ yalnız “Böyük müharibə” təşkil etməklə iflasdan qurtara bilər və yalnız bu həcmdə müharibə baş verərsə ABŞ-nin dövlət borcu sıfırlanaraq, xaricdən külli miqdarda silah sifarişi bərpa oluna bilər.