Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir

6-12-2020, 10:03   


Nikol Paşinyan Ermənistan Seçkilər


Ermənistanın Baş naziri Dağlıq Qarabağ "məsələsi üzrə" danışıqlar prosesini bərpa etmək üçün irəliləyişin əldə olunduğunu düşünür. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bənzər təklifi Azərbaycanın sərt tənqidinə səbəb olub.

"Qarabağ məsələsi üzrə danışıqlar prosesinin bərpası baxımından bir tendensiya müşahidə olunur. ATƏT-in Minsk Qrupu həmsədrlərinin nümayəndələri - Rusiya və Fransa xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini birgə bəyanatla çıxış ediblər,"- şənbə günü Facebook səhifəsində Ermənistanın Baş naziri bildirib.

Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar prosesini bərpa etmək məqsədiylə birgə işləməyə hazırlığın təsdiqləndiyini bildirib.


Bundan əvvəl ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanı və Ermənistanı uzunmüddətli və davamlı sülh sazişi üçün yeni atəşkəsdən istifadə etməyə çağırıblar.

Eyni fikri Ermənistanın yeni təyin olunmuş xarici işlər naziri də səsləndirib. Ara Ayvazyan deyib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı uzunmüddətli siyasi nizamlamaya yol açmır.

Ermənistan XİN-in rəhbəri bölgədə davamlı əmin-amanlığın bərqərar olması üçün vacib şərtlər arasında "öz müqəddəratını təyin etmə, qaçqınların qayıtması, mədəni abidələrin qorunması və təhlükəsizlik məsələlərini" qeyd edib.

Ara Ayvazyanın ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı Azərbaycanın sərt tənqidinə tuş gəlib.

Azərbaycan Xarici İşlər NazirliyiŞƏKLİN MƏNBƏYİ,AZERTAG

"Ermənistan xarici işlər naziri xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir," - Azərbaycan XİN-in rəsmi açıqlamasında bildirilir.

"Sənədə əsasən, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistan hökumət başçısının da imzaladığı üçtərəfli birgə bəyanatla bölgədə yeni "təhlükəsizlik və əməkdaşlıq formatı yarandı".


"Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə, bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcək," - Azərbaycan XİN mətbuat xidmətinin dekabrın 3-də yaydığı bəyanatda deyilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.