QƏHRƏMANLARIMIZI TANIYAQ- Ismayılzadə Xəyal Əli oğlu, döyüşçü

6-12-2020, 11:28   

VƏTƏN MÜHARİBƏSİ 50 miliyonumuzun şərəf və namusu uğrunda və İŞĞAL ALTINDA olan torpaqlarımızın azad olunmasında 2783 əsgərin şəhadətə qovuşduğu və əsgər, zabitlərimizin rəşadətlə qələbə qazandığı şanlı zəfər tarixidir! 44 günlük Vətən Müharibəsi Azərbaycan Əsgərinin əzmini, xalqımızın gücünü, Ali baş komandanın əvəzsiz sərkərdə olduğunu göstərdi. Müzəffər Azərbaycan ordusunun qəhrəmanlarını tanıyaq silsiləsindən növbəti igid əsgərimizi sizlərə təqdim edirik . Beləliklə, ŞANLI ZƏFƏR tarixini bizə bəxş edən əsgərlərdən biri də Ismayılzadə Xəyal Əli oğludur. Xatırladaq ki, Ismayılzadə Xəyal Əli oğlu General Polad Həşimovun qəhrəmancasına şəhid olduğu Tovuz döyüşlərində 10 gün iştirak edərək şanlı döyüş yolu keçmişdir. 10 günlük döyüş yolu Xəyalın həyatında mühüm rol oynamışdır. Lələ Təpədə 3ay təlim keçən İsmayılzadə Xəyal , 27 oktyabrda başlayan VƏTƏN müharibəsinə Beyləqan korpusunun N saylı Topçu alayından qatılır. Füzulidə, Cəbrayılda, Hadrutda, Laçının kəndlərinin azad edilməsində qəhrəmancasına döyüşüb. Hətta, Ural markalı maşınla döyüş zonasına topa hərbi sursat və mərmi apararkən Şuşada mənfur düşmənin puskusuna düşməsinə baxmayaraq, 32 nəfər döyüş yoldaşını xilas etmiş və sag-salamat mənzilə çatmışlar. Ismayılzadə Xəyal halhazırda Şuşada Tuğ dağında xidmət edir. İsmayılszadə Xəyalın atası Əli qazi də 1-ci Qarabağ müharibəsinin qəhrəman qazisi, Prezident təqaüdçüsüdur . 1992-1993-cü illərdə Ağdərədə, Ağdamda Xocalıda şərəfli döyüş yolu keçib. Allah yar və yardımçıları olsun!

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.