Rusiya Müdafiə Nazirliyi yerli hərbi sənaye müəssisələrindən zərbə pilotsuz aparalarının işlənib hazırlanmasını sürətləndirməyi xahiş edir. Bu barədə jurnalistlərə “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.
“RİA Novosti” bu xəbərlər bağlı qeyd edir ki, təxmiən bir ay əvvəl Qarabağda başa çatan müharibədə Azərbaycan Dağlıq Qarabağın bir hissəsini və yeddi ətraf rayonu öz nəzarəti altına qaytarıb. Bakının bu müharibədə hərbi üstünlüynü təmin edən amillərdən biri bir sıra dünya KİV-lərinin də qeyd etdiyi kimi Türkiyənin istehsal etdiyi “Bayraktar”, İsrailin istehsalı olan “Harop” və digər pilotsuz aparatlardan kütləvi istifadə etməsi olub. Hansı ki, hazırda Rusiya ordusunun silahlanmasında seriya istehsal edilən zərbə dronları yoxdur.
“Bizim artıq daşıyıcılarımız var və bu istiqamətdə təkcə “Rostex”in müəssisləri deyil, Ural mülki aviasiya zavodu və “Kronştadt” şirkəti işləyir. Bundan əlavə “Suxoy” korporasiyası artıq “Oxotnik” ağır zərbə pilotsuz təyyarəsinin işlənib hazırlanmasını və sınaqlarını başa çatdırıb. Hazırda Müdafiə Nazirliyi bu layihələr üzrə bütün işlərin maksimal sürətləndirilməsini xahiş edir”,-Çemezov jurnalistlərə deyib.
“Oxotnik” haqda danışan Çemezov qeyd edib ki, həmin pilotsuz təyyarə artıq beşinci nəsil Su-57 qırıcısı ilə əlaqəli şəkildə sınaqdan keçirilib. O cümlədən “Kalaşnikov” konserninin kiçikhəcmli dronları artıq Suriyada Rusiya hərbçiləri tərəfindən tətbiq edilir. Orta ölçülü dronlar baxımından isə “Korsar” pilotsuz aparatı misal göstərilə bilər. Bu dronlar silah daşımaq imkanına da malikdir. Onların seriya istehsalına Müdafiə Nazirliyinin müvafiq sifarişi əsasında başlamaq mümkündür.
Virtualaz.org