Azərbaycanda koronavirus: xəstəxanalarda yer yoxdur, apteklərdə dərman tapılmır - video

8-12-2020, 10:09   


Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1


Video açılmırsa YouTube-dan izləyin.

Azərbaycanda koronavirusa günlük yoluxma sayı bir neçə gündür ki, 4 mindən çoxdur.

Mütəxəssislər deyir ki, bu rəqəmlər yoluxanların sayının kəskin artdığını və yeni rekordun qeydə alındığını göstərir.

Azərbaycanlı tibb mütəxəsissləri bir neçə gün əvvə bəyan ediblər ki, yoluxma sayı belə davam edərsə, xəstəxanalarda yer qalmayacaq.

Ölkənin bəzi yerlərində yeni xəstələnənlər üçün artıq xəstəxanalarda yer olmadığı, bəzən isə xəstələrin xəstəxana dəhlizlərində müalicə olunduğu bildirilir.

BBC-nin həkim və xəstələrdən əldə etdiyi məlumata görə, bəzi bölgələrdə xəstəlik aşkarlanan şəxslər evdə müalicəyə yönləndirilir.


Azərbaycanda koronavirusun müalicəsində effektiv dərman kimi tanınan bəzi dərmanlar apteklərdə yoxdur.

BBC News Azərbaycancanın müxbiri iki gün ərzində 50-yə yaxın aptekdən bu dərmanların olub-olmadığını soruşsa da, tapa bilməyib.

Söhbət etdiyimiz Bakı sakinləri yaxınları üçün koronavirusa qarşı Azərbaycan həkimlərinin effektiv hesab etdiyi bir neçə dərmanın tapılmadığını və qara bazarda normadan çox baha qiymətə satıldığını deyiblər.

BBC News Azərbaycanca bu qara bazarın harada olduğunu və bu iddiaların doğruluğunu müəyyənləşdirə bilməyib.


Azərbaycanın bölgələrindən olan bəzi koronavirus xəstələri deyiblər ki, Bakıda evdə müalicə alanlara dövlət tərəfindən dərman verilsə də, regionlarda bu edilmir.

Dərman çatışmazlığı ilə bağlı səslənən ittiahama cavabında Səhiyyə Nazirliyi bildirib ki, bu qurum dərman satışı ilə məşğul olmur.

Ölkədə iri ticarət mərkəzləri və bəzi ictimai məkanlar pandemiyaya görə bağlıdır.

Rəsmi qurumlar açıq və qapalı məkanlarda tibbi maska taxılması barədə qayda tətbiq edib.

Buna baxmayaraq, ictimai nəqliyyatda və bəzi ticarət obyektlərində əhalinin sıxlığının qarşısı alınmayıb.

Rəsmi məlumata görə Azərbaycanda koronavirus aşkarlanmış 1600-dən çox insan ölüb.

aptekdən dərman alan Bakı sakini
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.