Tanınmış həkim üsyan etdi: “TƏBİB, ay mənasız qurum…”

8-12-2020, 11:14   






Tanınmış həkim-pediatr Aytən İsmayılzadə TƏBİB-i sərt tənqid edib.
AzToday.az xəbər verir ki, həkim koronavirus pandemiyasına görə yenidən sərtləşmə tədbirlərinin heç bir əhəmiyyəti olmayacağını deyib.
“Dəfələrlə musahibə götürülür. Dəfələrlə eyni sözü deyirik. Yenə köhnə hamam, köhnə tas… Biz deməklə nəsə dəyişəsi deyil. O heç. Amma axır ki, nəsə dəyişsin. Köklü dəyişiklik olsun. Bu da torpaq deyil ki, şəhid verib alasan. Bu səhiyyədir. Vicdanlı insanların, siyasətçilərin yox, vicdanlı insanların idarə etməli olduğu səhiyyə!”.
Xəstələrin dərman tapa bilmədiyini deyən Aytən İsmayılzadə qeyd edib ki, iş yerlərinin bağlanması xəstəliyin yayılmamasını qarşısını almayacaq.
“TƏBİB, ay mənasız qurum, dərman yoxdur. Sənin camaata “maska tax” deməyə də haqqın yoxdur. Sənin qara bazarın varsa və sənin bu bazara girə bilməyən insanların dərman ala bilmirsə, sənin umumiyyətlə, danışmağa haqqın yoxdur.

İstəyirsiz, gündə bir alim gətirin, brifinqdə danışsın. Nə xeyri? Nə vaxta kimi mənasız işlər davam edəcək. Nəyi sərtləşdirirsiz??? Hansı yerləri bağlayırsız? Balaca pəncərədən muştəri qəbul edən telefon ustasının köşkünü? Ya saatlarla oturub bir muştəri tapmayan geyim dükanlarını? Hansı gununə kim nə alır? Yenə aptek, yenə klinika, yenə ərzaq dükanında adamlar olacaq. Onlar icazə ilə də gedəcək. Orda yüz faiz xəstə olacaq. Yoluxma da baş verəcək. Edə biləcəyin heç nə yoxdur, səhiyyə sistemi. Oranı-buranı bağlamaqla nəyəsə nail ola bilməyəcəksən. İnsanların haqqı olan dərmanını ver. Onsuz da təsir eləmir? Onda xəstəxanada da vermə.
Hətta yaxında xəstəxanada olan xəstəyə iki və uç dəfə verilməli olan dərman bir dəfə verilirdi. Hay-küy salandan sonra tam doza verildi. Niyə??? Çünki ondan bundan kəsib xəstəxanada olmayan dərman tapmayanlara satılır. Onlar dərman tapsa, belə olmaz.
Deputat Rəşad Mahmudov deyir, bal-zəncəfil ilə sağaldım. Həm də qeyd edir ki, vaxtında qəbul edilən antiviral dərmanla!!! Hanı sənin antiviralın, hardadı? Dərmanın adını da çəkmir, istifadəsini də. Çunki bilir, onun tapdığı kimi biz tapa bilməyəcəyik. O qədər “o dərman boşdur, bundan onsuz da yoxdur” siyasəti aparıldı ki, camaat “Erqoferon”u antiviral kimi tanıyır və elə də qəbul edir. “Erqoferon” birbaşa virus əleyhinə deyil, sadəcə onunla mubarizəyə lazim olan interferon maddəsini hazırlamağa kömək edir.
“Favipiravir”, “Kaletra” isə virus əleyhinə dərman olaraq qara bazarda muştəri gözləyir, koronavirus da xəstənin bədənində dərman”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.