Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağdakı Rusiya sülhməramlılarının postları möhkəmləndirildi - video

12-12-2020, 12:55   


Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrini atışmadan və qəlpələrdən qorumaq, habelə yaxınlıqdakı əraziləri izləmək üçün strukturlarla təchiz ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayır.
“Rusiyalı sülhməramlıları hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə yaxın ərazilərdə hərtərəfli müşahidələr aparmaq üçün hazırlanmış istehkamlarla müşahidə məntəqələrini təchiz ediblər”, - məlumatda deyilir.

Postun infrastrukturuna yaşayış üçün iki, yemək bişirmək üçün bir modul, eyni zamanda daimi elektrik enerjisi verən nəqliyyat və texnoloji modul daxildir. Bütün modullarda ev avadanlığı, elektrik cihazları, istilik və kondisioner sistemləri mövcuddur.
Rusiya sülhməramlı qüvvələrinin kontingenti Dağlıq Qarabağda və Laçın dəhlizi boyu cəmi 22 müşahidə postlarında yerləşiblər. Kontingentin qərargahı Xankəndində yerləşir. Erməni mənbələri bildirir ki, bəzi hərbçilər öz ailələrini də Qarabağa gətirməyi planlaşdırırlar.
Virtualaz.org
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar