Ermənistanın yenidən aranı qatmaq cəhdlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri ilə eyni vaxta düşməsi təsadüfi ola bilməz...
Erməni silahlılarının belə tez “qaşınacağı” bir az da gözlənilməz oldu. 10 noyabr sənədini imzalamaqla Azərbaycan Ordusunun Xankəndinə girməməsi üçün yalvaranların bir ay sonra silahı bizə tuşlamaları əlbəttə ki, səbəbsiz deyil. Ermənilərin rüşvayçı məğlubiyyətdən dərhal sonra, meyitlərini döyüş meydanından hələ tam çıxarmamış baş qaldırmasının bir neçə səbəbi var.Ən əsas səbəb odur ki, torpaqlarımızda dörd bir tərəfdən əhatəsində qaldıqları əsgərimizin nəfəsindən, ucalan bayrağımızın rənglərindən tıncıxırlar, darıxırlar, ürəklərindən qara qan axır, özlərini qəfəsdəki tülkü, bəlkə də təlxək kimi hiss edirlər. Azərbaycan Ordusunun tarixi qələbəsi onları yandırıb-yaxır, hələ indi-indi nə alçaldıcı vəziyyətə düşdüklərini dərk edirlər və içlərindən patlaq verir. Kişilikləri olsa, əllərində olan silahla qafalarına sıxarlar, çünki gec-tez bizim torpaqlardan birdəfəlik rədd olub gedəcəklər- ya ölü, ya diri, fərqi yoxdur.İllərlə təkcə gözəl Qarabağı deyil, Azərbaycanın ətraf rayonlarını da işğalda saxlamaqla özlərinə yüz kilometrlərlə “təhlükəsizlik zolağı” yaratmışdılar, bu geniş ərazilərdə kef edirdilər. İndi quyruqları kəsilmiş siçan kimi ortada qalıblar, ora-bura qaçırlar və girməyə dəlik belə yoxdur. O səbəbdən silahlarını hələ də bir yerlərinə soxmurlar, Azərbaycan əsgərinə tuşlayırlar. Azərbaycanla silah dilində danışmağın hansı nəticələrə gətirdiyini gördülər. Amma demək ki, hələ bəziləri ya 44 günlük dərsdən nəticə çıxarmayıblar, ya da “bizi(silahlı erməniləri) gərək son dığamıza qədər məhv edəydiniz, yoxsa dinc durmayacağıq” demək istəyirlər. Müqavilmət göstərmək, kapitulyasiya ilə razılaşmaq istəmirdilərsə, niyə səslərini çıxarmadılar, qaçıb dağ-dərələrdə gizləndilər? Yalnız Rusiya sülhməramlıları gələndə isə onların arxasında küçə-bacaya çıxdılar.
Ermənin silahlısı da, silahsızı da Azərbaycan xalqına nifrətlərini heç vaxt gizlədə bilməyiblər. Qarabağa qayıdan bədbəxtlər də bizə ürəklərində məhəbbət gətirməyiblər. Onlar sülh istəyirlərmi, bunun özü belə şübhəlidir. İndi büzüşüb qayıdanlara da silah versələr, yenə bizə qarşı çevirəcəklər, buna kimsənin şübhəsi olmasın. Qarabağda hər şey dəyişdi, ermənilər isə dəyişməyiblər. Yaralarının qanı qurumamış atəşkəsi pozmaları, əsgərimizi yaralamaları bizim hansı düşmənlə qarşı-qarşıya olduğumuzu bir daha göstərdi.
Ermənilərin atəşkəsi məhz Hadrut-Xocavənd istiqamətində pozmalarının da ciddi səbəbi var. Hadrutun Azərbaycan Ordusunu işğaldan azad etməsi ermənilərə ciddi zərbə olub. Ermənilər Şuşadan fərqli olaraq, Hadrutu və Xocavənd istiqamətindəki bir sıra kəndləri “dədə-baba” əraziləri hesab edirdilər. Dağlıq Qarabağ Muxtar Vilayəti zamanında diskriminasiya nəticəsində azərbaycanlıların əksəriyyətini sıxışdırıb çıxarmışdılar və say üstünlüyü əldə etməklə, buraları “özəlləşdirmişdilər”. Amma Azərbaycan Ordusu işğaldakı bütün ərazilərini azad etməkdə israrlı idi və Hadrutu da “erməni çoxluğa” verməyəcəkdi.Hadrut erməniləri və Xocavəndin kəndlərindən qaçanlar günlərdir ki, İrəvan küçələrdən çəkilmirlər. Deyirlər ki, Azərbaycan Hadrutu da, Xocavəndin kəndlərini də qaytarmalıdır. Tülkü kimi gizlənib lokal hücumlar planlaşdıran erməni silahlıları o istiqamətdə Azərbaycan əsgərindən bir qoz ağacını (orada qoz ağacaları da boldur) belə geri ala bilmək gücündə deyillər. Amma göstərmək istətəyirlər ki, o istiqamətdə verdikləri “ərazi itkiləri” ilə barışmırlar. Bu cür pozuculuq cəhdləri hələ də Ermənistandan göstərişlər alıb icra edən Araik Arutyunyan və tör-töküntülərinin İrəvanı qarışdıran qaçqın ermənilərin başını qatmaq cəhdidir. Yəni bu cür alçaq hücumlarla demək istəyirlər ki, “biz buranı geri almaq üçün savaşırıq, bir az dözün...” Həm silahlılara, həm də bu cür “bəlkə də qaytardılar”nağılına inanlara bir ad vermək olar: axmaqlar!
Ermənilərin yenidən aranı qatmaq cəhdlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri ilə eyni vaxta düşməsi də təsadüfi ola bilməz. Ermənilər “Dağlıq Qarabağ problemi yoxdur” deyən rəsmi Bakıya, buna oxşar bəyanatla çıxış etmiş Rusiya rəsmilərinə öz ağıllarınca bu cür etiraz edirlər. Həmsədrlərə “burada heç nə həll olunmayıb, silahlar susmayıb” mesajını verirlər. Ermənistan bu savaşda təkcə qürürunu və ordusunu deyil, Qarabağla bağlı 100 ilə söykənən yalançı dövlətcik təbliğatını da itirdi. Azərbaycan Ordusu Qarabağa status olmaq üçün 28 ildir “zər atan” Ermənistanın oyununu pozdu, indi bu cür gərginlik yaratmaqla yenidən status məsələsini diqqətə gətirmək istəyirlər.
Həmsədrlər kimdirlər? Nəyi həll edirlər? Heç kim və heç nəyi! Dövlət başçısı İlham Əliyev bu gün həmsdərləri qəbul edərkən bunları üsulunca onlara dedi. Amma bizim üçün bu görüşdə vacib olan dövlət başçısının Ermənistanın Qarabağdakı son təxribatına verdiyi reaksiya, ortaya qoyduğu qəti mövqedir. Sitata diqqət edək: “Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil”.
Ermənistan rərbərliyi və onun Qarabağda hələ də qalan silahlı-silahsız tör-töküntüləri Azərbaycan Prezidentinin dediyi sözə necə əməl etdiyini yaxşı bilirlər. O səbəbdən dinc dursunlar, aparıb silahlarını yaxınlıqdakı Azərbaycan polisinə təhvil versinlər. Sonra yenə gec ola bilər...
Nazim SABİROĞLU,Musavat.com