Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalı, təmas nöqtələri tapmağa çalışmalıdır.Virtualaz.org "Novosti Armeniya”ya istinadən bildirir ki, bunu Təhlükəsizlik Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"O,"mediaterror"dan şikayət edib, ona qarşı kampaniya başladığını söyləyib. O, həmçinin bildirib ki, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, təmas nöqtələri tapmağa çalışmaq lazımdır. Baş nazir müharibə üzrə İstintaq Komissiyası yaratmağa hazır olduğunu da bəyan edib", - deyə nəşr yazıb.
Nikol Paşinyan onu da bildirib ki, xalq məhkəməsi qarşısında durmağa hazırdır, amma istefa verməyəcək.
Virtualaz.org