“SÜLHMƏRAMLILARIN XƏRİTƏSİ TEZ-TEZ “ÜZÜR”” – “Növbəti münaqişə Zəngilan ərazisində ola bilər"

15-12-2020, 14:04   




“Ermənilər məhv edilən silahlılarını əsir kimi qələmə verə bilərlər”
Tanınmış ukraynalı politoloq, siyasi-ictimai şərhçi və bloqer Yuri Podolyaka son günlər Hadrut ərazisində baş verən təxribatı və sülhməramlıların xəritəsindəki dəyişiklikləri şərh edib.
“AzPolitika.info” xəbər verir ki, böyük izləyici auditoriyasına malik olan politoloq sözügedən iki kənddə gizlənən erməni dəstələrinə rəhbərlik edən Ayk Haumyanın 9 silahlının Azərbaycan tərəfinə əsir düşdüyünə dair açıqlamasına toxunub.
Həmçinin, sülhməramlıların xəritəsindəki dəyişikliklərin təsadüfi olmadığını qeyd edib: “Rusiya sülhməramlılarının noyabrın 9-dan sonra yaydıqları xəritələrə baxsaq, görərik ki, bu xəritə tez-tez “üzür”. O, gah böyüyür, gah da kiçilir. Azərbaycana qaytarılmalı olan rayonlar da 11-12 noyabrda hələ Rusiya sülhməramlılarının məsuliyyət zonası kimi göstərilirdi. Lakin Azərbaycan oraya daxil olduqdan sonra sülhməramlıların nəzarət zonası daralmağa başladı. Ümimiyyətlə, bu xəritə ilə bağlı spekulyasiyalar çoxdur. Həmin iki kəndə Rusiya sülhməramlılarının daxil olması onların orada daimi qalacağı anlamını daşımır. Münaqişə nöqtəsi olduqda sülhməramlılar oraya girir, münaqişə qurtarandan sonra isə həmin ərazidən çıxırlar. Belə münaqişə nöqtələrinin ilkin mərhələdə hələ xeyli sayda olacağı gözlənilir.”
Podolyaka bir məqama da xüsusi diqqət ayrılmalı olduğunu deyib. O, bildirib ki, Hadrutun iki kəndində gizlənən ermənilərin başçısı A.Haumyanın 9 döyüşçünün Azərbaycana əsir düşməsini söyləməsi təsadüfi deyil. Belə ki, ermənilər həmin iki kənddə məhv edilən silahlılarını əsir kimi qələmə verə bilərlər: “Azərbaycan tərəfi dekabrın 12-də elan etmişdi ki, sözügedən kəndlərdə keçirilən əməliyyat zamanı erməni tərəfdən ölənlər olub. Erməni tərəfi isə elan etdi ki, onlar tərəfdən ölənlər yox, yalnız 6 yaralı var. Belə ehtimal var ki, ermənilər bir neçə gündən sonra “əsirlərin” qaytarılmasını istəyəcəklər. Hansı ki, onların dediyi qədər əsir yoxdur. Azərbaycan onlara həmin “əsirləri” qaytara bilməyəcək. Belədə isə erməni tərəfi Azərbaycanı günahlandıracaq ki, onlar həmin bu “əsirləri” öldürüblər. Təkrar edirəm ki, bu, mənim versiyamdır.”

Politoloq bildirib ki, nözvbəti münaqişə nöqtəsi Zəngilan rayonu ərazisində ola bilər. Belə ki, Ermənistanın Zəngilanla həmsərhəd rayonuna aid bir neçə kəndinə gedən yol Zəngilan ərazisindən keçir. Həmin ərazidə hələlik erməni hərbi birləşmələri qalır.
Podolyaka qeyd edib ki, əgər danışıqlar yolu ilə həmin yola dair razılaşma əldə edilməsə və erməni birləşmələri oradan çəkilməsə, bu ərazidə hərbi qarşıdurma baş verə bilər. Şərhçi onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilə bağlı hər hansı güzəştə gedəcəyinə isə qətiyyən inanmır.
Cəlal
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.