Ermənistanın Müdafiə Nazirliyi Qarabağ separatçılarının silahlı birləşmələrinin rəhbərliyindən erməni hərbçilərinin girov götürülməsi ilə bağlı geniş yayılmış videoçarxlara dair izahat gözləyir.Virtualaz.org bildirir ki, bu barədə "Aysor" nəşri məlumat yayıb.
Bundan əvvəl sosial şəbəkələrdə və bəzi Azərbaycan KİV-də azad edilmiş ərazilərdə çoxlu sayda erməni təxribatçılarının əsir alınması ilə bağlı videokadrlar yayılmışdı. Bildirilirdi ki, yüzlərlə erməni təxribatçısı əsir götürülüb.
Virtualaz.org