Ötən sutka ərzində İrəvandan gələn 600 nəfərdən çox erməni Xankəndinə yerləşdirilib.Metbuat.az-ın məlumatına görə,
Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, Xankəndinə yerləşdirilən ermənilər Rusiya sülhməramlı kontingentinin və hərbi polisin patrulları tərəfindən müşayiət olunub.
Məlumatda o da qeyd olunur ki, 40 min 300-dən çox erməni Dağlıq Qarabağdakı daimi yaşayış yerlərinə qayıdıblar.
Mənbə:Sputnik Armenia