Polislər RATİ-nin ofisinə girdi

8-08-2014, 16:25   
Polislər RATİ-nin ofisinə girdiBu gün günorta saatlarında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun ofisi – Rəşid Behbudov 85/86 ünvanı polis və mülki geyimli əməliyyatçılar tərəfindən mühasirəyə alınıb. Onlar heç bir izah vemədən RATİ-nin əməkdaşlarından qapını açmağı tələb ediblər. Bildiriblər ki, ofisə daxil olmaları üçün onlara şərait yaradılmalıdır. RATİ-nin əməkdaşları bu tələbi qanunsuz sayaraq qapını açmaqdan imtina ediblər.

Hadisə yerinə dərhal jurnalistlər yollanıb. Lakin polis və mülki geyimlilər jurnalistləri ofisə buraxmatıblar və mühasirədən kənarda saxlayıblar.

Nəhayət, hadisə yerinə RATİ-nin ofis üçün icarəyə götürdüyü mülkün sahibi gəlib. O, təşkilatın əməkdaşlarından qapını açmağı xahiş edib. Əməkdaşlar qapını açıblar. Bundan sonra polislər ofisə daxil olublar. Polislərin ofisə niyə daxil olduqları haqda jurnalistlərə heç bir məlumat verilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.