Məmur məsuliyyətsizliyinə görə vətəndaşl günahkar olan yeganə ölkə

16-12-2020, 12:37   
 
"Dünya ölkələri arasında ən uzunmüddətli və ən sərt karantin rejimi Azərbaycanda tətbiq olunub". Cebhe.info xəbər verir ki, bunu tanınmış həkim Qalib Əsədov deyib. O Azərbaycandakı mövcud karantin rejiminin nəticələrini belə təhlil edib: "Rəsmi statistikaya əsasən, bu virusa yoluxma sayına görə 220 ölkə arasında (Özəl klinikalarda test verənlər, evdə xüsusi həkim tapıb müalicə olunanlar, xəstəliyi asimptom keçirən insanlar rəsmi statistikya düşmür) 45-ci yerdəyik. Bir gün də olsa, karantin tətbiq etməyən olkələrin vəziyyəti daha yaxşıdır. Əhalinin sayına isbəti götürdükdə isə biz ilk onluqdayıq. Yeganə ölkəyik ki, 9 aydır təhsil tam dayanıb, yad insanlarla restoranda, kafedə oturub vaxt keçirə bilərsən, amma ailə üzvləri ilə ad günü keçirmək qəti qadağandır. Bu il ərzində gənclərin toy etməsi ağır cinayət hesab olunub və əvvəl cəmiyyətin mənfi baxdığı qoşulub qaçmaq vəziyyətdən yeganə çıxış yolu hesab olunur. Yeganə ölkəyik ki, pandemiya dövründə antiviral dərmanlar yoxdur və ya çətinlklə tapılır, testlərin cavabı bir həftəyə gəlir. Yeganə müayinə metodu özəl klinikalardır. Yeganə ölkəyik ki, Yeni ilə SMS-lə giririk. Təkcə bizdə müvafiq qurumlar effektiv işləmədiyinə görə günahkar vətəndaşdır. Dərman yoxdur, test aparılmır, ona görə ki, vətəndaşlarımız səhlənkardır və maska taxmır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.