Hande Harmancı: "Qarşıdakı üç ay çox kritikdir"

16-12-2020, 12:43   

"Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir”
"Qarşıdakı üç ay çox kritikdir. Yaz aylarında peyvəndlənmə olduğundan yoluxma sayında da azalma müşahidə olunacaq. Odur ki, üç ayda ciddi qorunmaq lazımdır”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı dekabrın 16-da keçirdiyi brifinqdə belə deyib.
Hande Harmancı oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxmanın sürətli şəkildə artdığını xatırladaraq əlavə edib ki, son 10 gündə yoluxma sayının stabilləşdiyi görünür, 4 min civarında gündəlik yoluxma qeydə alınır.
O, sabitliyin yaranmasını: "Bu, yaxşı xəbərdir”, - deyə qiymətləndirib.
"Karantin rejimi insanları yoluxdurmaqdan qorumaq üçündür. Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir. Bu zaman rəqəmlər aşağı enəcək. Yoluxma sayının artımının səhiyyə üzərində yaratdığı gərginliyi azaltmaq lazımdır. Xəstəxanalarda boş yataq olmazsa, xəstələr evdə müalicə alarsa və oksigenə əlçatım olmazsa, ölə bilər. Bunu azatlmaq üçün tək yol insanların çox sayda bir yerə gəlməsinə mane olmaqdır”, - ÜST rəmisi bildirib.///Meydan.Tv

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.