Amerika hakimiyyəti hesab edir ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması bölgədə vəziyyəti sabitləşdirməyə təhlükə yaradır.Cebhe.info-nun məlumatına görə, ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klaur Kuper keçirdiyi brifinqdə belə deyib:
"Belə hallarda Rusiyanın iştirakı sabitliyi pozmaqla təhdid edir".Kuper Vaşinqtonun Rusiyanın bölgədəki təsirinə qarşı durması ilə bağlı azərbaycanlı jurnalistin sualını cavablandırarkən belə deyib.
"Əlbəttə, bu aidiyyatı olan bütün tərəflərə və dövlətlərə xəbərdarlıqdır" - ABŞ rəsmisi bildirib.
"Bu səbəbdən də ABŞ noyabr ayında Dövlət katibi Maykl Pompeo tərəfindən elan edilən humanitar vəziyyətə xüsusi diqqət yetirir", -deyə Kuper qeyd edib.
Müşfiq Abdulla
Cebhe.info