Son məlumata görə, polislər RATİ-nin ofisinə daxil ola biliblər.
Belə ki, hadisə yerinə RATİ-nin ofis üçün icarəyə götürdüyü mülkün hüquqi sahibi çağırılıb.
Mülkin sahibi RATİ-nin əməkdaşlarından qapını açmağı xahiş edib.
Təşkilatın əməkdaşları onun xahişindən sonra qapını açıblar. Bundan sonra polislər ofisə daxil olublar.
Ancaq polislər ofisə hansı səbəbdən daxil olmaları barədə mətbuat nümayəndələrinə hər hansı məlumat verməkdən yayınıblar.