“Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün Azərbaycan və Rusiyanın koordinasiyasında işlər davam etməkdədir”.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat bülletenində bildirilir.
Məlumatda deyilir ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərində təhlükəsizliyinin təmin edilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam etdirilir.
“Azərbaycan Ordusuna dəstək məqsədilə 135 nəfərdən ibarət 2 Xüsusi Mina Təmizləmə Qrupumuz mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 3 nəfər olmaqla 12 komanda və 64 nəfər isə təlim-tədrisə dəstək verməkdədir,” Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edir.-0-
Turan