Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində parlamentin hələ 2010-cu ildə, yəni əvvəlki hökumətin dövründə, hansının ki təmsilçiləri bu gün Azərbaycan ərazilərinin təhvil verilməsində onu ittiham edirlər, qəbul etdiyi "Ermənistanın inzibati-ərazi bölgüsü haqqında" qanunun fraqmentlərini dərc edib.Virtualaz.org bildirir ki, indi sərhədlərin demarkasiyası kontekstində Ermənistan hakimiyyətinin ünvanına sərt tənqidlər səsləndirilir, onları milli maraqlara, məğlubiyyətçi mövqedə və s. xəyanətdə ittiham edirlər. Bu ittihamlara cavab olaraq Paşinyan bazar ertəsi günü Sisian şəhərində Ermənistanın, bütün mübahisəli məsələlər üzrə Azərbaycanla dövlət sərhədini hələ 2010-cu ildə tanıdığını bildirib.
Ermənistan hökumətinin başçısı Ermənistan-Azərbaycan sərhədini Zod qızıl filiz yatağı rayonunda qeydə alan, 76 faizi Azərbaycan ərazisində olan, qalan hissəsi isə Kəlbəcər rayonu ilə həmsərhəd olan Ermənistanın Geqarkunik vilayətindəki fraqmentlərin ekran görüntüləri yayımlayıb.
Qanunda deyilir ki,
"Sotk kənd icması Geqarkunik vilayətinin cənub-şərq hissəsində yerləşir, şimal-şərqdən və şərqdən Azərbaycan Respublikası ilə həmsərhəddir".Paşinyan bu "post"a yazıb ki, bu gün Ermənistan silahlı qüvvələri bu Qanunda təsbit olunmuş sərhəd xəttinə uyğun olaraq dislokasiya olunub.
"Xatırladım ki, 2010-cu ildə bu qanunun qəbul edilməsinə ERP, ÇEP və ERP fraksiyaları səs verib. Qanun layihəsini Ermənistan hökuməti təqdim edib", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bu qanuna səs vermiş nazirlərin və deputatların çoxu Kəlbəcərin təhvil verilməsində bu gün mövcud hakimiyyəti və onun özünü ittiham edirlər, hərçənd bu ərazinin Azərbaycan torpağı kimi tanındığı qanunu özləri qəbul ediblər.
Xatırladaq ki, Ermənistanda noyabrın 10-dan, Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması xəbərindən sonra baş nazir başda olmaqla hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Paşinyanı Qarabağın təhvil verilməsində ittiham edirlər.
Virtualaz.org