Bakı Xocalıda aeroportun tezliklə açılacağı haqqında KİV-də yer alana məlumatlara reaksiya vermir

24-12-2020, 10:04   


Dekabrın əvvəllərində Rusiya KİV-ləri "Dağlıq Qarabağ hökumətindəki" mənbələrə istinadla ilin sonuna qədər Xankəndində aeroportun açıla biləcəyi haqqında yazmağa başlayıblar, bu zaman şəhəri Stepanakert adlandırırlar. Bu, humanitar yüklərin, sülhməramlıların və hərbi yüklərin rahat daşınması ilə izah olunurdu. Və budur, dünən Sputnik Armenia yenə "Dağlıq Qarabağ hökumətindəki" mənbələrə istinadla bildirib ki, aeroportun açılması dekabrın 25-nə təyin edilib. 
Məlumatda deyilir ki, "hava limanı ətrafındakı ərazi tamamilə minalardan təmizlənib, aeroport özü isə mühəndislik və texniki nöqteyi-nəzərdən adi iş rejiminə tamamilə hazırdır". 
Həmçinin, ikinci uçuş-eniş zolağının tikintisi və ağır nəqliyyat təyyarələrini qəbul etmək mümkün olsun deyə hazırda mövcud olan zolağın 1000 metrə qədər uzadılması mümkünlüyündən bəhs edilir. 
Ermənilər aeroportu hələ 2012-ci ildə işə salmağa çalışıblar, amma Bakı bütün təyyarələri vurmaqla hədələyib və aeroport açılmayıb. 
İndi Bakı aeroportun açılacağı haqqında məlumatlara reaksiya vermir və onları şərh etmir ki, bunu izah etmək çətindir. 
Xatırladaq ki, Qarabağda yeganə aeroport 70-ci illərin əvvəllərində tikilib və Bakıdan və Yerevanda uçuşlar həyata keçirirdi. 80-ci illərin sonlarında münaqişə başladıqda o, bağlanıb. Erməni birləşmələri aeroportu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ələ keçiriblər. 
Eyni zamanda, Xocalı şəhəri özü də azərbaycanlı əhalisi ilə birlikdə ələ keçirilib, burada ermənilər Qarabağ münaqişəsi boyunca dinc azərbaycanlı əhalinin ən genişmiqyaslı qətlini həyata keçiriblər - 613 nəfər öldürülüb. 
/Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.