"Amerika və NATO Qarabağa can atır"
Almandilli “Stimme Russlands“ radiosunun yaydığı xəbərdə deyilir ki, Dağlıq Qarabağda münaqişənin yenidən aktiv mərhələyə daxil olmasının qarşısının alınması üçün Rusiya hərəkətə keçib. Prezident Vladimir Putinin Soçidəki iqamətgahında Qarabağ probleminə dair Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyanla danışıqlar aparıb.
Aydın görünür ki, Rusiyanın bu məsələdə xüsusi fəallığı var. O da bəllidir ki, ABŞ və NATO-nun bu münqaişənin həlli ilə bağlı planı Rusiyanın nəzərdə tutduqlarından fərqlənir.
Bəziləri iddi edirlər ki, prezident Putin öz imicini müsbətə doğru dəyişmək üçün bu görüşə xüsusi maraq göstərir. Putin bütün dünyaya nümayiş etdirmək istəyir ki, o, münaqişənin sülh yolu ilə həllində maraqlıdır.
NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Ulyam Lahue Dağlıq Qarabağda baş verən son olaylardan narahatlığını ifadə edib. O, bildirib ki, ABŞ və NATO-ya görə narahatlıq göstərənlər nədənsə bəlaya düçar olurlar. Xüsusilə neft və qazı olanların belə narahatçılığına daha həssas yanaşılır...
Göründüyü kimi, Qərb son vaxtlar Dağlıq Qarabağda baş verən olaylara görə Rusiyanın maraqlı olduğun dilə gətirir. Eyni zamanda Ukrayna olaylarının səbəbini də diplomatik dillə açıqlayır. ABŞ və NATO-ya isti münasibətdə olan Azərbaycanın məhz Rusiyanın təzyiqi ilə Ermənistan tərəfdən yenidən münaqişəyə cəlb olunduğu vurğulanır...
“Stimme Russlands“ radiosu bu yanaşmaya rusiyalı keçmiş diplomat
Vladimir Stupişinin münasibətini də açıqlayıb. Cənab Stupişin deyib ki, Putin tamamilə haqlıdır. Amerikanın sülhyaratma missiyası həmişə faciələrlə yekunlaşır. İraq, Əfqanistan, Liviya kimi ölkələrdə biz bunun şahidi olduq. İndi onlar Suriyada da eyni əməlləri törətmək istəyirlər. Amerika haraya giribsə oralar xaraba qalıb. Veytnamda da belə olmuşdu. Çünki xalqlar özləri istədikləri kimi yaşamağa üstünlük verirlər. Amerikanın diktəsi onlara xoş gəlmir. Ola bilər ki, bu siyahıda Ukrayna istisnalıq təşkil edir.
Diplomat vurğulayıb ki, ABŞ-ın Dağlıq Qarabağla bağlı planı belədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı bəzi rayonları Azərbaycana qaytarmalıdır. Sonra Amerikaya bağlı sülhməramlı qüvvələr regiona yeridilməlidir. Bu isə o deməkdir ki, ABŞ həm yaxınlıqdakı İrana, həm də ki, Azərbaycan və Ermənistana nəzarəti daha da gücləndirə biləcək....
Rusiya isə belə bir fikirdə deyil. Moskva deyir ki, Azərbaycan və Ermənistan münaqişə zonasında vəziyyəti stabilləşdirmək üçün gərəkən addımlar atmalıdır.